CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Professor Təbrizi: <BMT-də bölünmüş xalq statusu almaq üçün işləri gücləndiririk>

Professor Təbrizi: <BMT-də bölünmüş xalq statusu almaq üçün işləri gücləndiririk>

Tarih 28 Ocak 2012, 16:17 Editör Anar Memmedli

Bizim ilk və təxirəsalınmaz məqsədimiz Güney Azərbaycan türklərinin fars şovinizminin əsarətindən xilas edərək, onların beynəlxalq qanunlarda təsbit edilmiş milli və şəxsi azadlıqlarının, vətəndaşlıq hüquqlarının gerçəkləşdirilməsidir.

 Bu sözləri Gün.Az-a Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) başqanı, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi bu günlərdə Almaniyada II qurultayı keçirilən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin fəaliyyəti ilə bağlı fikirlərini şərh edərkən bildirib.

 “Bununla yanaşı Güney Azərbaycan Milli hərəkatının vahid bir mərkəz ətrafında toplanması üçün çalışırıq. Bütün milli insanlar bir arada olmalı və bir hədəfə vurmalıdırlar.

 BMT (Birləşmiş Millətlər Təşkilatı) qarşısında məsələ qaldıraraq bölünmüş xalq statusu (hüquqi vəziyyət) almaq üçün işləri gücləndiririk və insan haqqlarının aliliyi prinsiplərini (əsl, ilkə), BMT Nizamnaməsini əsas götürərək İranın əsarəti altında olan 35 milyondan artıq Azərbaycan türkünün mədəni, iqtisadi, ictimai-siyasi hüquqlarını təmin edilməsinə nail olmaq niyyətindəyik”, - deyə professor vurğulayıb.

 Professor Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir təşkilat kimi fəaliyyəti dünya Azərbaycanlıları arasında böyük inam qazandığını bildirib.

 “Cəbhənin fəaliyyəti İngiltərə, Fransa, Almaniya, Belçika, Hollandiya, İsveç, ABŞ, Kanada, Norveç, Finlandiya, Avstriya, Türkiyə, Danimarka, Polşa, İspaniya, İtaliya, Macarıstan, İrlandiya və digər dövlətlərdə yaşayan və Güney Azərbaycan uğrunda mübarizə aparan soydaşlarımız tərəfindən çox böyük coşqu ilə qarşılanıb.

 Çünki bu təşkilatda birləşən insanların həyat təcrübəsi, özünütəsdiq şərtləri, prosesləri (sürəc) elmi və ictimai cəhətdən qiymətləndirmək bacarığı onlara qarşı böyük inam hissi yaradıb. Bu inam GAMAC-ın özüdür. Biz bu inamdan doğaraq yola çıxdıq və inanırıq ki, GAMAC Bütöv Azərbaycan uğrunda bütün qüvvələri bir vahid yumurq altında birləşdirəcək”, - Təbrizi qeyd edib.

http://gunaz.tv/aze/37/newsCat/1/newsID/50716-Professor-Tebrizi-BMT-de-bolunmus-xalq-statusu-almaq-ucun-isleri-guclendiririk.html

Bu haber 200 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

İran, Kuzey Azerbaycan Cumhuriyetimize niye saldırılarını artırdı?

İran, Kuzey Azerbaycan Cumhuriyetimize niye saldırılarını artırdı? Bu gün, Kuzey Azerbaycan Devletini, İran Fars Rejimi ve Ermeni saldırılarından korumak, onun güçlenmesi ve gelişmes...

Azərbaycan Prezidenti Türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti Türkiyəli həmkarı ilə görüşüb ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənb&#...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim