CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Qardaşlıqmı, qarı daşlıqmı-<Yeni Şəfəq>ə cavab

Qardaşlıqmı, qarı daşlıqmı-<Yeni Şəfəq>ə cavab

Tarih 27 Ocak 2012, 18:03 Editör Anar Memmedli

Fransanın "İnkara görə cəza" qanun layihəsini Parlament və Senatda təsdiq etməsindən sonra Türkiyə iqtidarına yaxınlığı ilə seçilən "Yeni Şəfəq" qəzeti Azərbaycan Prezidenti cənab İlham Əliyevi və xanımı, Fransa-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri Mehriban Əliyevanı hədəfə alıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dili ilə desək, qudasının qəzeti məlum qanun layihəsinin təsdiqlənməsinin qarşısı almaq üçün Azərbaycanın etdiklərinə fransız qalaraq iki ölkənin münasibətinə zərbə vurmağa çalışır. Belə ki, qəzetin yazdığına görə, rəsmi Bakı Fransanın bu hərəkətinə qarşı səssiz qalıb. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycan Fransadan çox iş görüb. Bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP-dən olan İğdır millət vəkili Dr. Sinan Oğan açıq və net şəkildə "TvNet" televiziyasında qonaq olduğu verlişdə deyib. Konkret olaraq suallarla Azərbaycanın etdiklərini dilə gətirən Oğan təxminən belə deyirdi: "Cənab İlham Əliyevlə görüşümüz zamanı türk dövlətlərini hərəkətə gətirmək üçün onlarla əlaqə saxladı. Bizim prezident və ya baş nazir bunu etdimi? Azərbaycan Milli Məclisi bu məsələ ilə əlaqədar tam tərkibdə - 125 millət vəkili ilə iki dəfə toplanıb, Türkiyə Böyük Millət Məclisi neçə dəfə toplandı? Bir dəfə toplandıq ki, o da mənim təklif etdiyim layihənin müzakirəsi zamanı". Cənab Oğan onu da bildirmişdi ki, kim istəyirsə, gəlsin Azərbaycanın etdiklərini tək-tək anladım.

Göründüyü kimi hörmətli türk həmkarlarımız nədənsə zəhmət çəkib həqiqətləri öyrənmək istəmir. Bunun da bir səbəbi var. Azərbaycanı gözdən salmaq. Lakin istər Ərdoğan, istər onun istəklərini yerinə yetirən qudası və  "Yeni Şəfəq" heyəti dərk etməli və unutmamalıdırlar ki, Azərbaycan onlar üçün nə Liviya, nə Suriya, nə də Misir deyil. Xalq öz prezidentinə güvənir və onu dəstəkləyir.

Türkiyə ilə İsrail münasibətləri gərginləşdiyi zaman Azərbaycanı öz oyunlarına alət etməyə çalışan AKP iqtidarı hər bir rəsmi açıqlamasında Ermənistanla sərhədlərin bağlı qalmağını Azərbaycanın başına qalxdı. Ancaq bir dəfə də olsun dillərinə gətirmədilər ki, bu sərhədlərin bağlı qalması həm də Türkiyənin işinə yarayır. Çünki damarlarında türk qanı axan heç bir türk dövlətinin iqtidarı dövlətinə qarşı ərazi və soyqırım iddiası ilə çıxış edən dövlətlə sərhədlərini açmaz. Əgər AKP iqtidarı türk ulusuna xəyanət edərək bu addımı atacaqsa - Ermənistanla sərhədləri açacaqsa, buyursun açsın. Zatən bu gün quru sərhədlərin bağlı qalması rəmzi məna kəsb edir. Çünki Türkiyə-Ermənistan İş Adamlarının toplantısında açıqlanan rəqəmlərə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın həcmi 3 milyard dolları keçib. Eyni zamanda iki ölkə arasında təyyarə reysləri var ki, ermənilər Türkiyəyə, türklər isə Ermənistana rahatlıqla gedə bilirlər.

Hələ mən, AKP ilə Ermənistanın qardaşlığına kölgə sala biləcək olayı - Türkiyə-Ermənistan futbol matçında Azərbaycan bayrağının stadiona buraxılmamasını demirəm. Bu azmış kimi, ermənilərə yaxşı görünmək üçün dövlət məmuru Azərbaycan bayrağını çöpə atmışdı.

Azərbaycan isə Türkiyəyə etdiklərini heç bir zaman Türkiyənin başına qalxmadı. Görünən odur ki, bilməyənə bildirmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycanı sevdiyi üçün qardaş olmayıb, Azərbaycan neftini sömürmək üçün yaxınlaşıb. Azərbaycanın strateji coğrafi mövqeyi, təbii sərvətləri Türkiyəni məcbur edib ki, Azərbaycanla yaxınlaşsın. Bunu Azərbaycanda bilməyən yoxdur. Sadəcə olaraq biz qardaşlarımızı sevdiyimiz üçün sahib çıxmağa çalışırıq.

Son olaraq Cənab Ərdoğanın sayqıdəyər qudasına və sahib olduğu "Yeni Şəfəq" yazarlarına bir sual vermək istərdim. Bir dəfə də olsun siyasəti kütlə üzərində quran baş nazirinizdən soruşdunuzmu ki, İsraillə Türkiyənin (Azərbaycanın yox) münasibətləri gərginləşən zaman nə üçün sərhəd məsələsini Azərbaycanın başına qalxırdı, ancaq Amerika Yəhudi Konqresinin ilk dəfə yəhudi olmayan birinə - R.T.Ərdoğana verdiyi "Cəsarət ödülü"nü geri qaytarmadı? Bunu soruşa bilmirsinizsə, nə üçün Mehriban xanımdan Fransadan aldığı ödüldən imtina etməsini istəyirsiniz? Sizin bu etdiyiniz qardaşlığamı sığar, qarı daşlığamı?

P.S. "Yeni Şəfəq" bu günkü yazısında da Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adını hallandırıb ki, bu səbrimi daşırdı.

Oxucu.info

http://oxucu.info/?m=xeber&id=1781

Bu haber 110 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Meqaleler

Hocalı soykırımı

Hocalı soykırımı 26 Şubat 2012 Pazar günü Taksim'den Mecidiyeköy'e yürürseniz, elinize "Hocalı Soykırımı Kurbanlarını Anıyor...

<Ermenistan yalan söylüyor, işte buradayım!>

<Ermenistan yalan söylüyor, işte buradayım!> Bunu söyleyen kişi, 20 yaşındaki Azeri Zarife Guliyeva. Türkiye ve dünya onu, Fransa Cumhurbaşkanı Nicolas Sarkozy ...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim