CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

AŞ PA-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı bəyanat yayılıb

AŞ PA-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı bəyanat yayılıb

Tarih 27 Ocak 2012, 13:24 Editör Günay Eltürk

Xocalı soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. Sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Yazılı bəyanata AŞ PA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞ PA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb.

AŞPA-nın yazılı bəyanatında Xocalı soyqırımının Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri olduğu qeyd edilir.

“Xocalı soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırım bəşəriyyət tarixində törədilmiş ən qeyri-insani və kütləvi xarakterli terror aktlarından biridir., Ermənistan Silahlı Qüvvələrinin Rusiyaya (Sovet) məxsus 366-cı motoatıcı, piyada alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etməsi və onun dinc sakinlərini etnik türk mənsubiyyəti səbəbindən amansızcasına soyqırıma məruz qoymasının bu il fevralın 26-da 20 ili tamam olur. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla, 613 nəfər amansızlıqla qətlə yetirilib, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilib, 8 ailə tamamilə məhv edilib. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini bu soyqırım zamanı itirib. 1275 mülki vətəndaş girov götürülüb, onlardan 150-nin taleyi hələ də naməlumdur”, - yazılı bəyanatda deyilir.

AŞ PA-da qəbul edilən yazılı bəyanatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini tamamilə yerlə-yeksan edib.

Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüqüqi və siyasi qiymət verilməyə cağırılır.

“Bütün bunları nəzərə alaraq, biz (sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti, o cümlədən AŞPA-nı bu qeyri-insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı Qüvvələri tərəfindən bəşəriyyət əlehinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çagırırıq”, - sənəddə vurğulanır.

Bu haber 118 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Qarabağ'la bağlı Xeberler

Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil

Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçularının Xocalı soyqırımında iştirakı ta...

Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı

Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı Zərifə Quliyeva: Ermənistan yalan danışır, mən burdayam

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim