 |
|
|
|
|
|
|
Anasayfa » Azerbaycan Respublukasından Xeberler
MTN İRAN SƏFİRLİYİNİN BƏYANATINA NƏ DEYİR?
27 Ocak 2012, 00:39 Günay Eltürk
Milli Təhlükəsizlik Nazirliyi İranın Azərbaycandakı səfirliyinin bəyanatına münasibət bildirmir.
Qurumun ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Media forum” saytına deyib ki, nazirlik xarici ölkə səfirliklərinin, diplomatik nümayəndəliklərin bəyanat və açıqlamalarını şərh etmir: “Xarici ölkə səfirliklərinin, diplomatik nümayəndəliklərin bəyanatlarını şərh etmək bizim səlahiyyətimizə aid məsələ deyil”.
Arif Babayev bildirib ki, Azərbaycanda ictimai xadimin həyata qəsd məqsədilə hazırlanan və MTN tərəfindən qarşısı alınan terror aktı ilə bağlı əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Yanvarın 19-da Milli Təhlükəsizlik Nazirliyi rəsmi məlumat yayıb bəyan edib ki, xarici ölkə vətəndaşı olan ictimai xadimi öldürmək istəyən bir qrup şəxs yaxalanıb. Nazirlik bildirib ki, həmin şəxslər İran xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət edirmişlər.
Yanvarın 26-da İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq bu iddiaları təkzib edib
Bu haber 120 defa okunmuştur.
 |
Azerbaycan Respublukasından Xeberler |
 |
|
|
|
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|