CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

AVROPA BİRLİYİNİN İRANA QARŞI SANKSİYALARININ TƏFƏRRÜATLARI AÇIQLANIB

AVROPA BİRLİYİNİN İRANA QARŞI SANKSİYALARININ TƏFƏRRÜATLARI AÇIQLANIB

Tarih 27 Ocak 2012, 00:36 Editör Günay Eltürk

Avropa Birliyinin İrana qarşı qoyduğu sanksiyaların təfərrüatları açıqlanıb.

Yanvarın 23-də Brüsseldə bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri quruma üzv ölkələrin İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiya qoyub. Qəbul edilmiş qərara görə, İran Mərkəzi Bankının Avropa Birliyinin banklarındakı bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaqlanır.

“Media forum” saytının məlumatına görə, Avropa Birliyinin yaydığı bəyanatda bildirilir ki, İranın nüvə proqramına yardım edən, Tehrana qarşı beynəlxalq sanksiyaları dolayı yolla pozmağa çalışan İran Mərkəzi Bankı və İran Ticarət Bankından başqa 7 İran şirkətinə, eləcə də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) 3 rəsmisinə də sanksiya qoyulub.

Avropa Birliyinin sanksiyasına məruz qalan İran şirkətləri bunlardır:

1) “Taydvater” şirkəti. Bu şirkət “Sepah”a məxsusdur;

2) Turbin İstehsal və Mühəndislik Şirkəti. Bu şirkət sanksiyaya məruz qoyulan İran Aviasiya Sənayesi Təşkilatının nəzarətində fəaliyyət göstərir;

3) Səd İxracat və İdxalat Şirkəti. İranın sanksiyaya məruz qalmış Müdafiə Sənayesi Təşkilatının nəzarətində fəaliyyət göstərir. Bu şirkətdən İrandan Suriyaya qanunsuz silah köçürülməsində istifadə edildiyi bildirilir;

4) “Rosmaçin” şirkəti. Bu şirkətdən bir yerdən digər bir yerə qanunsuz silah köçürülməsində istifadə edildiyi bildirilir;

5) “Behnam Şəhriyari” şirkəti. Şirkətin 2007-ci ildə qanunsuz olaraq Suriyaya iki konteyner silah göndərdiyi bildirilir;

6) BİİS Dəniz Şirkəti.

7) Dəryadelan-i Sefid Xəzər Nəqliyyat Şirkəti. İran Gəmiçilik Təşkilatının nəzarətində fəaliyyət göstərdiyi bildirilir.

Avropa Birliyinin sanksiyasına məruz qalan İran rəsmiləri isə bunlardır: İran İnqilab Keşikçiləri Korpusu (Sepah”) baş komandanının müavini Əli Əşrəf Nuri (O həm də “Sepah”ın siyasi bölməsinin rəisidir), İranın dini lideri ayətullah Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi axund Əli Səidi və “Sepah”ın hava qüvvələrinin komandanı Əmirəli Hacızadə

Bu haber 79 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Dünyadan Xeberler

Suriyada bir gündə azı 100 nəfər öldürülüb

Suriyada bir gündə azı 100 nəfər öldürülüb Hökumət qoşunları Homs şəhərini yenidən bombardman edib

Çin Tərəf Dəyişdirir

Çin Tərəf Dəyişdirir Daha əvvəl BMin Suriyayla əlaqədar qərar qanununu veto edən Çin, problemin həlli...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim