 |
|
|
|
|
|
|
Anasayfa » Güney Azerbaycan Xeberleri
MÜXALİFƏT FƏALINI ATASININ GÖZÜ QABAĞINDA DÖYƏ-DÖYƏ TUTUB APARIBLAR
27 Ocak 2012, 00:33 Günay Eltürk
İran müxalifətinin 10 aydan çoxdur həbsdə saxlanan lideri Mirhüseyn Musəvinin tərəfdarlarından olan gənc siyasi fəal Yasər Yusifzadə tutulub.
“Media forum” saytının məlumatına görə, Yasər Yusifzadə 2009-cu ildə prezident seçkisi zamanı Mirhüseyn Musəvinin seçki qərargahının üzvü olub.
ETTELAAT-ın Babülsər şöbəsinin əməkdaşları Yasər Yusifzadəni yanvarın 23-də atasının mənzilində tutub aparıblar. ETTELAAT əməkdaşları Yasəri apararkən oğlunun tutulmasına etiraz bildirən atasını döyüb təhqir ediblər. ETTELAAT əməkdaşları daha sonra atasının təhqir olunmasına etiraz bildirən Yasəri valideynlərinin gözü qarşısında təpik altına salıb, döyə-döyə əllərinə qandal vurublar və zorla maşına basıb aparıblar.
Yasər Yusifzadənin şəxsi mənzilində axtarış aparılıb, ona məxsus kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.
Gənc fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlanması bilinmir
Bu haber 83 defa okunmuştur.
 |
Güney Azerbaycan Xeberleri |
 |
|
|
|
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|