 |
|
|
|
|
|
|
Anasayfa » Dünyadan Xeberler
TOTAL ŞİRKƏTİ İRANDAN NEFT İDXALINI DAYANDIRDI
27 Ocak 2012, 00:30 Günay Eltürk
Fransanın Total neft şirkəti İrandan neft idxalını tamamilə dayandırdığını bəyan edib.
“Media forum” saytının məlumatına görə, “Total”ın icraçı direktoru Kristof de Marjeri yanvarın 25-də jurnalistlərə açıqlamasında deyib ki, şirkətin İran neftini almaqdan imtina etməsi Tehrana qarşı beynəlxalq sanksiyalarla əlaqədardır: “Biz İrandan neft idxalını dayandırsaq da, hesab edirəm ki, İran neftinə başqa müştərilər tapılacaq. İran öz neftini satmaq üçün müəyyən güzəştlərə getsə, yəqin ki, ona digər müştərilər tapılacaq.
Biz hər gün İrandan 80 min barel həcmində neft alırdıq. İndi bunu tamamilə dayandırmışıq və artıq İrandan neft almırıq”
Bu haber 63 defa okunmuştur.
 |
Dünyadan Xeberler |
 |
|
|
|
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|