![]() | ||||||||||
| ||||||||||
|
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Fransa ordeninin azərbaycanlı laureatı xəbərdarlıq etdi
Hamlet Qoca: Əgər qanun Fransada ən yüksək səviyyədə də təsdiqlənərsə, daha Fransa torpağına ayaq basmayacağam Yazıçı-tərcüməçi, Fransanın İncəsənət və Ədəbiyyat Komandoru ordeni laureatı Hamlet Qoca bəyanatla çıxış edib. ANS PRESS-in məlumatına görə, yazıçının bəyanatında deyilir: “Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qəbul etdiyi qeyri-demokratik qanun sağlam düşüncəli insanlardan biri kimi məndə də dərin təəssüf hissi doğurub. Mənim mütəxəssis kimi fəaliyyətim Fransa ilə bağlı olub. Bu ölkənin dahi ədiblərinin əsərlərini sevə-sevə oxumuş, öyrənmiş və bəzilərini doğma dilimə tərcümə etmişəm”.
“Çox təəssüf edirəm ki, mənim tanıyıb sevdiyim Fransa bu gün böyük humanist Viktor Hüqonun, böyük vətənpərvər Şarl de Qollun Fransasına bənzəmir, - bəyanatda bildirilir. Hmlet Qoca bəyan edib ki, böyük humanistlər, zəkalar yetirmiş Fransa bu gün kiçik hiyləgərlərin siyasi oyunları meydanına çevrilir, araşdırılmamış tarixi hadisə, qondarma “erməni soyqırım”ını tanımaq istəməyənlərə qarşı cəza tədbirləri haqda qanun qəbul edilir: “Əgər belə bir qanun Fransada ən yüksək səviyyədə də təsdiqlənərsə daha Fransa torpağına ayaq basmayacağam. Çünki çox sevdiyim və dərindən öyrəndiyim fransız dilində bu mövzuda həqiqəti danışıb cəzalana bilərəm” Bu haber 55 defa okunmuştur.
|
GALERİ |
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||