CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Avropa Məhkəməsinin sədri azərbaycanlı məcburi köçkünlərin iddiasından danışdı

Avropa Məhkəməsinin sədri azərbaycanlı məcburi köçkünlərin iddiasından danışdı

Tarih 27 Ocak 2012, 00:15 Editör Günay Eltürk

Azərbaycandan gəlmiş digər şikayətlər kimi, bu işə də məzmununa görə qərar verəcəyikAz

İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Nikolas Bratza Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransına “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Laçın rayonundan olan azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı məhkəmənin ilkin qərarına münasibət bildirib. O, deyib ki, yanvarın 8-də Yuxarı Palata Azərbaycan vətəndaşlarının şikayətini nəzərdən keçirib və bu şikayətin qəbul olunmasına dair qərar verib: “Azərbaycandan gəlmiş digər şikayətlər kimi, bu işə də məzmununa görə qərar verəcəyik. Amma yekun qərarın nə vaxt veriləcəyini indidən deyə bilmərəm. Əlbəttə ki, bu məsələ siyasi və çox həssas məsələdir. Amma bizim məhkəmənin bu sahədə artıq təcrübəsi var”.

Xatırladaq ki, yanvarın əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb. Böyük Palata bu şikayəti qəbuledilən hesab edərək, işi məhkəmənin icraatına götürüb. Məhkəmə bundan sonra bu iş barədə hökm verəcək.

Laçın rayonundan olan 6 məcburi köçkün - Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin və Elxan Çıraqov qardaşları işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar, həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsi tələbini də irəli sürüblər. Məcburi közkünlər Avropa Məhkəməsinə göndərdikləri şikayət ərizəsində 1992-ci il mayın 17-də zorla evlərindən çıxarıldıqlarını, mülkiyyətlərinin ermənilər tərəfindən mənimsənildiyini bildirib, onlara dəymiş zərərin kompensasiya edilərək ödənilməsini tələb ediblər

Bu haber 48 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Dünyadan Xeberler

Suriyada bir gündə azı 100 nəfər öldürülüb

Suriyada bir gündə azı 100 nəfər öldürülüb Hökumət qoşunları Homs şəhərini yenidən bombardman edib

Çin Tərəf Dəyişdirir

Çin Tərəf Dəyişdirir Daha əvvəl BMin Suriyayla əlaqədar qərar qanununu veto edən Çin, problemin həlli...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim