![]() | ||||||||||
| ||||||||||
|
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
<Füqarə dərnəklə diaspor irəli gedə bilməz>
Müsahibim Türkiyənin tanınmış yazarı, keçmiş millət vəkili, 40 illik vəkillik təcrübəsinə malik olan hüquq müdafiəçisi Orhan Kayıhandır. Azərbaycanı tanımadan sevdiyini deyən Orhan Kayıhanla Azərbaycan diasporunun bugünkü durumundan danışmışıq. "Füqarə dərnəklə diaspor irəli gedə bilməz"
Orhan Kayıhan: "Dünya ictimaiyyətini haqlı olduğumuza inandırmaq üçün daha professional şəkildə işləməliyik" "Azərbaycanı tanımadan sevdim" Müsahibim Türkiyənin tanınmış yazarı, keçmiş millət vəkili, 40 illik vəkillik təcrübəsinə malik olan hüquq müdafiəçisi Orhan Kayıhandır. Azərbaycanı tanımadan sevdiyini deyən O.Kayıhanla Azərbaycan diasporunun bugünkü durumundan danışmışıq. - Öncə istərdik, özünüzü Azərbaycan oxucularına tanıdasınız... - Mən 1940-cı ildə Amasiyada doğulmuşum. Atam Nazif Kayıhan Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. Qazax rayonu Aslanbəyli kəndində türbəsi olan Hacı Mahmud Əfəndinin nəslindənik. Azərbaycanda çoxlu qohumlarım yaşayır. Evimizdə həmişə Azəri türkcəsində danışılıb, Azərbaycan radiosunun musiqi saatlarında mahnılar dinlənilib. Doğulandan Azərbaycana bağlıyam, Azərbaycanı görmədən tanımışam. İbtidai məktəbi Amasiyada oxumuşam. Ankara Universitetinin hüquq fakültəsini bitirmişəm. Tələbəlik illərimdə müxtəlif cəmiyyətlərə rəhbərlik etmişəm. 39 ilin vəkiliyəm. - Azərbaycan diasporunun indiki durumu haqda nə deyə bilərsiniz? - Azərbaycan gənc dövlətdi, müstəqilliyini 20 ildir əldə edib. Bu səbəbdən də Azərbaycan diasporu yeni-yeni formalaşır. Amma məni narahat edən bir məqam var, diasporun "uşaqlıq xəstəliyi"nə tutulmasından qorxuram. İctimai rəy formalaşdırmaq üçün dərnəklər, qurultaylar, yığıncaqlar əhəmiyyətlidir. Ancaq dünya mediasının gündəminə girərək Azərbaycanın haqlı tələblərini dilə gətirmək, dünya ictimaiyyətini haqlı olduğumuza inandırmaq üçün daha professional şəkildə işləməliyik. - Güclü diaspora sahib olmaq üçün neynəmək lazımdır? - Bayaq qeyd etdim ki, həyatım boyunca bir çox dərnəyin rəhbəri olmuşam. Onu da qeyd edim ki, dərnəklər maliyyə çətinlikləri içində boğulur və üzvlərinə hər zaman ovuc açaraq fəaliyyət göstərirlər. Bu səbəblə hər zaman onların fəaliyyətləri zəif qalmış və nə qədər fədakarlıq göstərsələr də, sonunda bağlanıblar. Bu təşkilatların fəaliyyətləri istər maliyyə çətinliyi, istərsə də başqa səbəblərdən məhdud qalıb. Azərbaycan diasporu bu füqəra dərnəklərin əli ilə necə irəli gedə bilər ki? Bzejinski dünyanı bir şahmat taxtasına bənzədir. O, Qaradəniz, Xəzər, Egey dənizi, Basra körfəzi və Aralıq dənizini şahmat taxtasının ortasındakı dörd kvadrata bənzədir və fikrini belə açıqlayır: "Bu dörd kvadrata hakim olan dünyaya hakim olar!" Azərbaycan Qaradəniz - Basra xətti üzərində olduğundan tarix boyunca hər zaman göz dikilmiş, hamı buranı istila etmək istəyib. Sənaye inqilabı nəticəsində neft ehtiyatı artdıqca Azərbaycanın neft və təbii qazı hər dövlətin ağzını sulandırıb. Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi belə həyati bir vəziyyətdə tədbirlərini görmək üçün bütün enerjisini həsr etmişkən, onlardan diaspor fəaliyyətləri mövzusunda hər şeyi gözləmək insafsızlıq olmazmı? Azərbaycandan xaricdə yaşayan azərbaycanlalıların duyğu və həyəcanlarını daim ayaqda tutmaq üçün ilk öncə mədəniyyətin unudulmaması yönümündə işlər görmək lazımdır. - Azərbaycanın ən ağrılı yeri olan Qarabağ problemi haqda sizcə, dünya yetərincə məlumatlıdırmı? - Qarabağ münaqişəsi çox çətin bir problemdir. Yuxarıda qeyd etdiyimi, "şahmat taxtası"olaraq, izah etdiyim strategiya çərçivəsində problemə yaxınlaşmaq lazımdır. Qarabağ problemi Azərbaycan və Ermənistan hökumətlərinin qarşılıqlı həll edəcəyi bir problem olmaqdan çıxıb artıq. Beynəlxalq arenada həllini gözləyən bir problem yumağına dönub Qarabağ münaqişəsi. Qarabağda yaşayanlar və yaşananlar kimsənin vecinə də deyil. Azərbaycan hökumətinin də edəcəkləri bu baxımdan məhdud qalır. Ermənistan hökuməti də bu mövzuda tək və razılaşılmayacaq davranışlar nümayiş etdirir. Bu gün Ermənistan Xarici İşlər Nazirliyinin yerinə erməni diasporu keçib. Başqa sözlə desək, Ermənistanın xarici siyasətini diaspor istiqamətləndirir. Azərbaycan diasporu Qarabağ həqiqətlərini tanıtmaq üçün çox çalışmalıdır. Bu işdə bəlkə də yəhudi lobbisi və diasporunun iziylə getmək daha ağıllı ola bilər. Bunun üçün də Rusiya və Amerikada lobbi fəaliyyəti aparılmalı, təşkilatlar qüvvətlənməlidir. İradə CƏLİLOVA Bu haber 125 defa okunmuştur.
|
GALERİ |
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||