CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

DAK (Dünya Azərbaycanlıları Konqresi), təşkilatçılarına MÜRACİƏT

DAK (Dünya Azərbaycanlıları Konqresi), təşkilatçılarına MÜRACİƏT

Tarih 26 Ocak 2012, 14:52 Editör Anar Memmedli

Azərbaycan Türklərinin Beynəlxalq Birinci Forumunun Təşkilat Komitəsi,DAK (Dünya Azərbaycanlıları Konqresi), təşkilatçılarına MÜRACİƏT ətti.

Müxtəlif vaxtlarda və hazırda Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətində (DAK) yer alan, bu qurumu yaradan, burada fəaliyyət göstərən, DAK-ın perspektivinə ümid bəsləyən, yaxud bunun əksini düşünən dəyərli soydaşlar!

Dünya Azərbaycanlıları Konqresi, yaxud konqresləri,  bu qurumun günümüzə gəlişi barədə bir şey yazmaq istəmirəm. Əminəm ki, Siz bu barədə məndən daha çox məlumatlısınız.

Məktubumun məqsədi bu ilin aprel ayında Türkiyədə keçirməyi nəzərdə tutduğumuz Beynəlxalq, Azərbaycan Türklərinin Birinci  Forumu və  qurmağı planlaşdırdığımız Milli Azərbaycan Konseyi (Şurası) haqqında sizləri məlumatlandərmaq və dəstəyinizi istəməkdir.

Öncə bunu bildirmək istəyirəm ki, quracağımız Milli Azərbaycan Konseyi DAK-lara alternativ, yaxud rəqib olaraq qurulacaq bir təşkilat, ya da yeni bir DAK deyildir.

Milli Azərbaycan Konseyi geniş əhatəli, Azərbaycanımızın hər parçasından insanlarımızım qatılacağı, demokratik üsullarla qurulan, nizamnamə müddəaları demokratik prinsiplərlə söykənən, 50 milyondan artıq Azərbaycan türkünün mənafeyini, birliyini, bütün dünyada müdafiə edəcək bir beynəlxalq statuslu Qeyri Hökümət Təşkilatıdır.

Ola bilsin ki, Dünya Azərbaycanlıları Konqresinin məqsədi də məhz belə bir təşkilat olmaqdır. Amma Sizin də bildiyiniz kimi keçən 10 il ərzində DAK bu hədəfə çata bilməyib.

Adıçəkilən təşkilatda meydana gələn parçalanmalar, buraxılan səhvlər DAK-ın, yaxud DAK-ların arzuladığı məqsədə çatmasını əngəlləmişdir.

 DAK-ın bu vəziyyətə gəlməsində hər birimizin bildiyi bir çox səbəblər var. Ən əsası isə bu təşkilatın genış əhatəli olmaması və demokratik əsaslarla qurulmamasıdır.

 DAK-lardan birinin 2004-cü ildə Ankarada keçirilən qurultayında şahidi olduğum bir çox məqamlar, zənnimcə, bu qurumun arzuolunan yerə gələ bilməməsinin ən önəmli açıqlamasıdır.

Son 20 ildə Azərbaycanın siyasi tarixində və Azərbaycan diasporunun tarixində bir çox əhəmiyyətli hadisələr baş verib. Bu hadisələr bacarıqlı kadrların yetişməsinə, inkişafa aparan fikirlərin meydana gəlməsinə, önəmli təşkilatlanmaların yaranmasına səbəb olub.

Azərbaycan milli düşüncə sistemi hər keçən gün inkişaf edir. Azərbaycanımızın hər parçasında milliləşmə, demokratikləşmə, aydınlaşma prosesi gedir. Siyasi tariximizdə heç zaman yaşamadığımız hadisələrlə, inkişafla qarşı-qarşıya qalmışıq.

Bu inkişafın bir hissəsi olaraq Azərbaycan Türklərinin Birinci Beynəlxalq Forumunu təşkil etmək və Milli Azərbaycan Konseyini yaratmaq təyinatı bir vəzifə kimi önümüzdə dayanır.

Görülən və görüləcək işlər millətimizin bütövlüyü, milli düşüncəli ziyalılarımızın, təşkilatçılarımızın bir araya gətirilməsi üçün çox önəmli görəv və fürsətdir.

Siz, Azərbaycan Türklərinin milli düşüncəli ziyalılarını, təşkilatçılarını bu görəvə sahib çıxmağa dəvət edirəm.

Sizləri
  • Foruma qədər olan dövrdə həyata keçiriləcək işlərdə fəal iştirak etməyə,
  •  Milli Azərbaycan Konseyinin Nizamnamə və Əsasnaməsini hazırlayacaq
  • və quracağımız Milli Azərbaycan Konseyinə layiq olan namizədləri müəyyənləşdirəcək qruplarda çalışmağa,
  • Foruma qatılmağa,
  • Milli Konseyimizə seçilmək üçün aday olmağa,
  • Forumla bağlı görülən işlərin əş geniş şəkildə millətimizə çatdırılması istiqamətində fəaliyyət göstərməyə çağırıram.

Güc Birlikdən Doğar!

Hörmətlə,
    
Azərbaycan Türklərinin Beynəlxalq Birinci Forumunun Təşkilat Komitəsi

http://azerbaycanforumu.blogspot.com

 

Bu haber 203 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Diasporasından Xeberler

Almaniyada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Almaniyada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib Ağır cinayətə etiraz əlaməti olaraq avtomobil yürüşü keçirilib

Xocalı faciəsi günlərində Azərbaycan diasporunun konsert təşkil etməsi etirazla qarşılanıb

Xocalı faciəsi günlərində Azərbaycan diasporunun konsert təşkil etməsi etirazla qarşılanıb Konsert Xocalı soyqırımının ildönümündən bir gün sonra keçiriləcək

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim