CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

TÜRKİYƏ SƏFİRLİYİ: <ÖNÜMÜZDƏKİ GÜNLƏRDƏ AZƏRBAYCANIN DƏSTƏYİNİN DAVAM ETMƏSİNİ ARZULAYIRIQ>

TÜRKİYƏ SƏFİRLİYİ: <ÖNÜMÜZDƏKİ GÜNLƏRDƏ AZƏRBAYCANIN DƏSTƏYİNİN DAVAM ETMƏSİNİ ARZULAYIRIQ>

Tarih 26 Ocak 2012, 09:22 Editör Anar Memmedli

Yanvarın 25-də Türkiyənin Azərbaycandakı səfirliyi Fransa Senatının "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməsi ilə bağlı bəyanat yayıb.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, bu qanunun qəbul edilməsi ilə Fransada hər bir Türkiyə türkü, hər bir azərbaycanlı, qazax və qırğız, hər bir tədqiqatçı, fikir sahibi təhdid altına düşüb: “Azərbaycanın vəzifəli şəxslərinin və siyasətçilərinin də qeyd etdiyi kimi, Fransa rəhbərliyi regionda sülhün bərqərar edilməsi üçün  yeritdiyi vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilməyəcəyini bir daha nümayiş etdirib. Əsasən Fransa hökumətinin öz səriştəsizliyini və tərəfgirliyini görüb öz istəyi ilə Minsk qrupundan uzaqlaşması ən yaxşı  çıxış olacaq.

Yaddaşdan heç vaxt silinməyəcək 20 il əvvəl baş verən Xocalı faciəsinə - qətliamına göz yuman bəzi fransız idarəçilərin Birinci Dünya müharibəsi vaxtı, bir əsr əvvəl baş verən hadisələr barədə yalanları gündəmə gətirərək siyasi dividendlər əldə etməyə çalışması, dərin kökləri olan keçmişi və ənənələri ilə tanınan Fransanın siyasət qurumuna silinməz bir ləkə salıb.

Sözügedən qərar Türkiyə ilə Ermənistan, həmçinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərə mənfi təsir göstərəcək, xalqlar arasında kin, nifrət və düşmənçilik hisslərini gücləndirəcək. Eyni zamanda bu bölgədə gərginliyi artıracaq və xalqlar arasında etimadsızlığı daha da dərinləşdirəcək. Digər tərəfdən, son dövrdə bütün Avropada genişlənən ksenofobiya və irqçilik kimi tendensiyaları gücləndirəcək. Fransada yaşayan türklərlə ermənilər arasındakı  ziddiyyətləri kəskinləşdirəcək, bu ölkədəki ictimai barışığa və əmin-amanlığa qətiyyən xidmət etməyəcək. Qısaca, Fransanın dəyərlərinə və Fransa xalqının mənafelərinə zidd olan, məhdud sayda siyasətçinin bəsit hesablarına və oyunlarına xidmət edəcək bu qanun xalqlar arasındakı münasibətlərə xələl gətirəcək.

Türkiyənin bu qeyri-legitimliyə qarşı mübarizəsində Azərbaycan xalqının və rəhbərliyinin verdiyi dəstək minnətdarlıqla qarşılanmaqdadır. Digər tərəfdən, mübarizəmiz hələ başa çatmayıb. Buna görə, önümüzdəki günlərdə Türkiyənin atacağı addımlara qardaş Azərbaycanın dəstəyinin davam etməsini arzulayırıq”.

Bəyanatda vurğulanır ki, Türkiyə Fransa senatının ümumbəşəri dəyərlərlə bir araya sığmayan haqsız qərarına qarşı hər cür legitim yollarla mübarizə aparmaqda qərarlıdır: “Sağlam fikirli Fransa xalqının və senatorlarının bu məsələdə davam edən dəstəyi isə ümidlərin sönməməsinə əsas verir. Fransada sağlam düşüncənin qalib gəlməsini səbirlə gözləyirik, məsələ Konstitusiya Məhkəməsinin müzakirəsinə veriləndə bu məhkəmədən ədalətli bir qərar qəbul etməsini umuruq”.

http://www.mediaforum.az/az/2012/01/25/T%C3%9CRK%C4%B0Y%C6%8F-S%C6%8FF%C4%B0RL%C4%B0Y%C4%B0-%C3%96N%C3%9CM%C3%9CZD%C6%8FK%C4%B0-G%C3%9CNL%C6%8FRD%C6%8F-AZ%C6%8FRBAYCANIN-023240754c00.html

Bu haber 64 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

Milli Məclis üzvləri Yerevana Avropa İttifaqının tədbirində iştirak etməyə gedirlər

Milli Məclis üzvləri Yerevana Avropa İttifaqının tədbirində iştirak etməyə gedirlər Deputatlar Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev çərşənbə axşamı Euronest...

Azərbaycanda İranla bağlı qrupun <zərərsizləşdirildiyi> bildirilir

Azərbaycanda İranla bağlı qrupun <zərərsizləşdirildiyi> bildirilir Dövlət televiziyası Milli Təhlükəsizlik Nazirliyinin məlumatına istinadən İranın xüsusi xi...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim