CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

FRANSANI HƏMSƏDRLİKDƏN UZAQLAŞDIRMAQ MÜMKÜNDÜRMÜ?

FRANSANI HƏMSƏDRLİKDƏN UZAQLAŞDIRMAQ MÜMKÜNDÜRMÜ?

Tarih 26 Ocak 2012, 09:16 Editör Anar Memmedli

“Erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun Fransa Senatından keçməsi Azərbaycanda bir məsələni daha da aktuallaşdırdı.

Çoxları belə hesab edir ki, açıq ermənipərəst mövqe tutduğundan Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq haqqını itirib. Bəzi ekspertlər Azərbaycanın Fransanı həmsədrlikdən uzaqlaşdırmaq prosedurasına başlamalı olduğunu vurğulayır.

ATƏT-in Minsk qrupu 1992-ci ilin martında yaradılıb. Qrupda 13 ölkə təmsil olunur: Azərbaycan, Ermənistan, Almaniya, Belarus, Finlandiya, İtaliya, İsveç, Niderland, Portuqaliya, Türkiyə, Rusiya, Fransa, ABŞ. Minsk qrupunda həmsədrlik institutu 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında təsis olunub. 1997-ci il yanvarın 1-dən ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edirlər.

“Media forum” saytının araşdırmaları məlum edib ki, Fransanın Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması üçün məsələyə ATƏT-in zirvə toplantısında baxılmalıdır. Həmsədr ölkədən bu statusun alınması üçün konsensus olmalıdır. Üzv ölkədən hansısa məsələnin əleyhinə çıxarsa, onda qərar qəbul olunmur.

Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Qulizadə “Media forum” saytına açıqlamasında deyib ki, Fransa ATƏT-in Minsk qrupuna gizli formada daxil olub: “Azərbaycan Fransanın Minsk qrupuna daxil olmasına razılıq verməyib. Rusiya və Fransa gizli danışıqlar apararaq rəsmi Parisin həmsədrlikdə təmsil olunmasını təmin edib. Məqsədləri ABŞ-ı kənarda qoymaq idi. Həmin dövrdə prezident Heydər Əliyev Fransanın Minsk qrupunda həmsədr olmasının qəti əleyhinə çıxdı və bunu Fransanın dövlət başçsı Jak Şirakın şəxsən özünə dedi. Fransaya səfərlər zamanı Jak Şirak bu məsələni qaldırır və Heydər Əliyev də onun üzünə “yox” deyirdi. Amma Jak Şirak geri addım atmaq istəmirdi. Çünki ermənilərə söz vermişdi.

Rusiya da gizli şəkildə Fransaya lobbiçilik edirdi. Uzun sürən prosesdən sonra kompromis əldə olundu və ATƏT ABŞ-ı da Minsk qrupuna həmsədr etdi. Heydər Əliyev Fransanın həmsədr olmaması üçün əlindən gələni etdi, amma gücü çatmadı. Azərbaycan 1998-ci ilin sonu, 1999-cu ilin əvvəllərində ATƏT-ə rəsmən etiraz etdi, amma qurum cavab verdi ki, artıq Fransa həmsədr kimi qəbul olunub. İndi də Fransadan ATƏT-ə şikayət etmək və bu ölkənin Minsk qrupundakı vasitəçiliyindən imtina olunduğunu, Fransa nümayəndəsinin Bakıda qəbul olunmayacağını elan etmək olar.

Azərbaycanın hakimiyyət rəsmiləri, dövlət orqanları Fransanın nüməyəndəsini boykot etsələr, onu qəbul etməsələr, onda Fransa de-fakto Minsk qrupundan uzaqlaşdırılmış olur. Prezident, xarici işlər naziri Fransa nümayəndəsini qəbul etməsin. Bu yolla Fransanın Minsk qrupundakı fəaliyyətinə son qoymaq olar. Azərbaycan hakimiyyətinin buna gedib-getməyəcəyini bilmirəm”.

Politoloq Rüstəm Məmmədov “Media forum” saytına deyib ki, Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün ATƏT-in zirvə toplantısı keçirilməldir və bununla bağlı konsensus əldə edilməldir: “Fransa Avropada diktə edən dövlətlərdən biridir. Azərbaycanın istəyi ilə heç kim bu ölkəni Minsk qrupundan uzaqlaşdırmayacaq”.

Deputat Rasim Musabəyov da Fransanın Minsk qrupundan uzaqlaşdırılmasını mümkün saymır. O, “Media forum” saytına açıqlamasında bildirib ki, indi bu məsələni qaldırmaq münaqişənin həlli prosesindən uzaqlaşmağa gətirə bilər: “Hazırda Minsk qrupunun tərkibini müzakirəyə çıxarmaq doğru olmaz”.


http://www.mediaforum.az/az/2012/01/25/FRANSANI-H%C6%8FMS%C6%8FDRL%C4%B0KD%C6%8FN-UZAQLA%C5%9EDIRMAQ-M%C3%9CMK%C3%9CND%C3%9CRM%C3%9C-063710386c02.html

Bu haber 84 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

Milli Məclis üzvləri Yerevana Avropa İttifaqının tədbirində iştirak etməyə gedirlər

Milli Məclis üzvləri Yerevana Avropa İttifaqının tədbirində iştirak etməyə gedirlər Deputatlar Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev çərşənbə axşamı Euronest...

Azərbaycanda İranla bağlı qrupun <zərərsizləşdirildiyi> bildirilir

Azərbaycanda İranla bağlı qrupun <zərərsizləşdirildiyi> bildirilir Dövlət televiziyası Milli Təhlükəsizlik Nazirliyinin məlumatına istinadən İranın xüsusi xi...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim