CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Bu gün Bakı Eurovision-2012 yə ev sahibliyini rəsmən qəbul edəcək

Bu gün Bakı Eurovision-2012 yə ev sahibliyini rəsmən qəbul edəcək

Tarih 25 Ocak 2012, 07:01 Editör Günay Eltürk

Rəmzi açarın təhvili mərasimində müsabiqənin loqosu və şüarı da təqdim ediləcək, yarımfinalın püşkü atılacaq

“Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək Bakıda bu gün bir neçə təntənəli mərasim keçiriləcək. ANS PRESS-in məlumatına görə, “Buta Palace”da Eurovision Mahnı Müsabiqəsinin açar təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və Eurovision Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının prezentasiyası olacaq.

Müsabiqənin əsas mərasimlərindən olan açar təqdimetmə mərasimində “Eurovision 2011”ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers “Eurovision” mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Eurovision 2012”yə ev sahibliyini rəsmən qəbul edəcək.

Açar təqdimetmə mərasimindən sonra “Eurovision-2012”də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin “Böyük beşliyin” (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq.

Yarımfinal mərhələlərində iştirak edən ölkələrin “Eurovision 2012”də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.

Tədbirin vacib məqamlarından biri “Eurovision” mahnı müsabiqəsi 2012-nin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.

2004-cü ildən etibarən “Eurovision” mahnı müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

“Eurovision-2012”nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib. Mayın 22 və 24-də “Eurovision 2012”nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Bu haber 275 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Medeniyyet

Sebine Babyeva`nın kazanma şansı yüksek

Sebine Babyeva`nın kazanma şansı yüksek Eurovision 2012 Azerbaycan temsilcisi Sebine Babyeva Baku Crystal Hall`da ikinci provasından sonra basın toplantısı...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 17-19-da Müasir İncəsənət...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim