CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

MÜHƏNDİS İBRAHIM RƏŞİDİ(SAVALAN) VƏ ƏFŞİN ŞAHBAZİ TƏBRİZDƏ TUTUQLANDILAR

MÜHƏNDİS İBRAHIM RƏŞİDİ(SAVALAN) VƏ ƏFŞİN ŞAHBAZİ TƏBRİZDƏ TUTUQLANDILAR

Tarih 24 Ocak 2012, 14:11 Editör Günay Eltürk

MÜHƏNDİS İBRAHIM RƏŞİDİ(SAVALAN) VƏ ƏFŞİN ŞAHBAZİ TƏBRİZDƏ TUTUQLANDILAR

Günaz TV xəbər saytının aldığı bilgilərə görə bu gün tanınmış jurnalist və insan haqları fəali mühəndis İbrahım Rəşidi ( Savalan) və Azərbaycan milli fəalı Əfşin Şahbazi Təbriz şəhərində tutuqlanmış və bəlli olmayan bir istiqamətə aparılmışlar. Alınan xəbərlərə əsasən bu tutuqlama Muğanlı Azərbaycan milli fəalı Əfşin Şahbazinin Təbrizdəki evində Təbriz saatı ilə 16:30- da baş vermişdir.

Mühəndis İbrahım Rəşidi(Savalan) dəfələrlə İttilaat məmurları tərəfindən tutuqlamış, işkəncəyə məruz qalmış və zindanda saxlanılmışdır. Hələ də İbrahım bəyin, milli fəaliyyətlərinə görə Azərbaycanın bir neçə şəhərində məhkəmə işləri davam edir. Mühəndis İbrahım Rəşidi, Azərbaycan Türkcəsi və sosyologiya üzrə öyrətmən, Şəhriyar ədəbiyyat dərnəyinin qurucularından və keçmiş katibi olmuşdur. İbrahım bəy həm də Azərtorpaq qeyri- hökümət təşkilatının qurucularından, Pro. Zehtabi, Səttarxan və dil və etnik qurultaylarının katibi olmuşdur. İbrahım bəy, Ulduz və Bulud dərgisinin məsulu , Baxış və Oyanış dərgisinin redaksiya heyətində olmuş və bir çox yazıları Güney Azərbaycanın fərqli dərgilərində o cümlədən Bayram , Laçın və bir çox dərgilərdə çap edilmişdir.

Əfşin Şahbazi, Azərbaycan milli hərəkətinin fəalı, Azərbaycan tanıtım ocağının fəal üzvü və Təbriz universitəsinin əkinçilik mühəndisliyi üzrə öyrəncisidir. Əfşin bəy də İttilaat məmurları tərəfindən dəfələrlə tutuqlanmış və təzyiqlərə məruz qalmışdır. Əfşin Şahbazi bundan öncə Azərbaycanın Sulduz şəhidlərinin il dönümü mərasimindən qayıdanda və Urmu gölünün qurudulmasına etirazlarda tutuqlanmışdı. Həm də Əfşin bəy, universitədə fəaliyyətlərinə görə Təbriz universitəsinin qoruqçularının İttilaat məmurları ilə birgə hədələnmiş və bunun ardınca öyrəncilər üçün imkanlardan məhrum qalmışdır. Əfşin Şahbazi , Təbriz universitəsinin milli fəallarından olan Mehrdad Kərəminin tutuqlanmasına etiraz edənlərdən olmuş və bu qanunsuz tutuqlama ilə bağlı məqalələr yazmışdır. Təbriz universitəsinə hakim olan basqı , milli fəallara təzyiqi artırmışdır

Bu haber 109 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Güney Azerbaycan Xeberleri

Güneydə Dünya Ana Dili Günü münasibəti ilə CD-lər yayılıb

Güneydə Dünya Ana Dili Günü münasibəti ilə CD-lər yayılıb Dünən Dünya Ana Dili Günüdür. Bu gün Dili yasaqlanmış millətlər üçün xüsusi əhəmiyyə...

Beynəlxalq Anadili Günü Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşkilatı’nın Bəyanatı

Beynəlxalq Anadili Günü Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşkilatı’nın Bəyanatı Beynəlxalq Anadili Günü Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşkilatı’nın Bə...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim