CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Soçi bəyanatında Qarabağ nizamlanmasında irəliləyiş olduğu qeyd edilib

Soçi bəyanatında Qarabağ nizamlanmasında irəliləyiş olduğu qeyd edilib

Tarih 24 Ocak 2012, 07:52 Editör Anar Memmedli

Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş üçtərəfli görüşü başa çatıb.

Prezidentləri Soçi görüşünün yekunları ilə bağlı birgə bəyanat qəbul ediblər.
Linklər
Əliyev və Sarkisyan Soçidə görüşüb
Soçi sammiti ərəfəsində Lavrovla Məmmədyarov görüşüb
Mövzular
Siyasət, Münaqişələr, Bölgə
Sənəddə qeyd olunur ki, Qarabağ nizamlanmasına dair Soçi görüşü Rusiya prezidentinin dəvəti ilə baş tutub və görüş zamanı Dağlıq Qarabağ nizamlanmasının perspektivləri müzakirə edilib.
Prezidentlər 2 noyabr 2008 il Moskva deklarasiyası qəbul ediləndən bəri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlərin "böyük həcmini" qeyd ediblər.
Bəyanatda deyilir ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasında irəliləyiş əldə olunub.
Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla Əsas prinsiplər üzrə razılaşmanın əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər”.
Bəyanatda bildirilir ki, prezidentlər İlham Əliyev və Serj Sərkisyan Rusiyanın və ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrin vasitəçilik missiyasını yüksək dəyərləndiriblər və ümidvar olduqlarını bildiriblər ki, Rusiya, ABŞ və Fransa bu qisimdə bundan sonrada regionda sabitlik və sülh tam bərqərar olunanadək, nizamlamada aktiv rol oynamqda davam edəcəklər.
5 mart 2011 il Soçidə Birgə bəyannamənin müddəalarına uyğun olaraq, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri qoşunların təmas xəttində təhqiqat aparılması mexanizminə dair ATƏT-in icraçı sədrinin şəxsi nümayəndəsi ilə birgə həmsədrlərin hazırladıqları məruzəni nəzərə alıblar və bu işin davam etdirilməsini tapşırıblar.
Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır.
Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalı, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/01/120123_sochi_statement.shtml

Bu haber 153 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Qarabağ'la bağlı Xeberler

Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil

Xocalıda girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçularının Xocalı soyqırımında iştirakı ta...

Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı

Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı Zərifə Quliyeva: Ermənistan yalan danışır, mən burdayam

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim