CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Borçalı ve Dərbənd Azərbaycan Türklərinə MÜRACİƏT

Borçalı ve Dərbənd Azərbaycan Türklərinə MÜRACİƏT

Tarih 24 Ocak 2012, 08:22 Editör Anar Memmedli

Azərbaycan Türklərinin Beynəlxalq Birinci Forumunun Təşkilat Komitəsi Borçaı ve Dərbənd Azərbaycan Türklərinə MÜRACİƏT etti.
www.azerbaycanforumu.com

Gürcüstanın Borçalı bölgəsində, Dağıstanın Dərbənd şəhərində və digər ərazilərində, öz tarixi torpaqlarında yaşayan Azərbaycan Türklərinə

 

MÜRACİƏT

 

Dəyərli soydaşlar!

 

 

1813 və 1828-ci illlərdə Qacar Dövləti (indiki İran) və Rusiya arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, tarixi Azərbaycan torpaqları iki hissəyə bölündü.

Çar Rusiyasının tərkibində ayrı-ayrı quberniyalara bölünmüş Şimali Azərbaycan imperiyanın süqutundaq sonra 1918-ci ildə öz dövlət müstəqiliyini elan etdi. Lakin 23 aydan sonra, 1920-ci ilin apelində müstəqil Azərbaycan Xalq Cümhuriyyəti rus-bolşevik qoşunları tərəfindən işğal olundu. Şimali Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman ölkə ərazisinin bir hissəsi Gürcüstana, başqa bir hissəsi isə Ermənistan və Rusiyaya verildi.

Azərbaycan SSRİ-nin tərkibində olduğu dönəmlərdə vahid bir dövlətin sərhədləri çərçivəsində yaşayan Azərbaycan türkləri bu məqsədyönlü parçalanmanın ağrı-acısını bir o qədər də hiss etmirdilər. Amma SSRİ süquta uğradıqdan sonra öz tarixi torpaqlarında yaşayan azərbaycanlılar birdən-birə etnik azlığa çevrildilər.

Bu gün Azərbaycan tüklərinə qarşı SSRİ dönəmində həyata keçirilən assimilyasiya siyasəti özünü daha açıq və daha qabarıq şəkildə büruzə verir.

50 milyonluq Azərbaycan Türklərinin göz bəbəyi olan Azərbaycan Respublikası beynəlxalq münasibətlər və bölgədə mövcud olan geosiyasi vəziyyət səbəbindən sizlərə qarşı həyata keçirilən assimilyasiya siyasətinə qarşı daha açıq bir mövqe sərgiləyə, hüquq və azadlıqlarınızı yetərincə qoruya bilmir.

Cənubi Azərbaycanda həyata keçirilən assimilyasiya siyasəti qədər olmasa da belə sizlərin də milli varlığınız böyük təhlükə altındadır.

 

Müxtəlif ölkələrdə yaşayan milli düşüncəli bir qrup Azərbaycan ziyalısı ötən aylarda bir araya gələrək, ayrı-ayrı ölkələrin sərhədləri daxilində yaşamaq məcburiyyətində qalmış millətimizin təmsilçilərini – aydınlarımızı bir araya gətirərək, milli problemlərimizi ortaya qoymaq və bu problemlərin həlli istiqamətində beynəlxalq arenada cəsarətli addımlar ata biləcək «Milli Azərbaycan Konseyi (Şurası)» adlı bir qurum yaratmağa qərar verdilər.

Milli Azərbaycan Şurasını yaratmaq üçün 20-22 aprel 2012-ci il tarixlərində Türkiyədə “Beynəlxalq Azərbaycan Birinci Forumu” adı altında toplantı keçiriləcək.

Bu toplantıya Azərbaycanın bütün hissələrindən milli aydınlarımız, elm adamlarımız,  sənətçilərimiz,  geyri-hökümət və diaspora təşkilatlarının təmsilciləri, dəvət edilməkdədir.

Qurulacaq Milli Konseyimizdə (Şuramızda) Azərbaycanımızın bütün hissələrindən təmsilçilər yer alacaqdır. Milli Şura Azərbaycanın bütün hissələrində yaşayan soydaşlarımızın milli-mədəni haqlarını beynəlxalq müstəvidə müdafiə edəcəkdir.

Öz tarixi vətənlərinin bir parçasında, ata-baba torpaqlarında etnik azlıq halına gələn Sizlərin, bu forum və şura yaratma prosesinə qatılmağınıza və qurulacaq Milli Şuramızda yer almağınıza böyük ehtiyac var.

Sizləri haqqında söz açdığım prosesə qoşulmağa, bizə dəstək verməyə çağırırıq.

 

Hörmətlə,

 

Azərbaycan Türklərinin Beynəlxalq Birinci Forumunun Təşkilat Komitəsi

 

Bu haber 304 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Forumu

<Milli Azerbaycan Konseyi>, Diaspora Komitesinin alternatifi deyil.

<Milli Azerbaycan Konseyi>, Diaspora Komitesinin alternatifi deyil. Bugün Qafqaz İnfo aytında çıxan xeberle elaqalı, "Beynelxalq, Azerbaycan Türkleri 1. Forumu""Organizasyon Kometisin...

İran həbsxanasında azərbaycanlı fəalın səhhəti pisləşib

İran həbsxanasında azərbaycanlı fəalın səhhəti pisləşib Tehran məhkəməsi təbrizli fəalı "Faceboo" şəbəkəsində müqədd<...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim