CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

İrana müdaxilə təqdirində

İrana müdaxilə təqdirində "Azərbaycana qaçqın axını" olacaq

Tarih 23 Ocak 2012, 10:42 Editör Anar Memmedli

Rusiyanın xarici işlər naziri İrana qarşı qərbin hücumunun ağır nəticə verə biləcəyini deyib.

“Bu bizi ciddi narahat edir”, - deyib Sergey Lavrov . - Çünki burada çox sayda qaçqınlar olacaq. İrandan o cümlədən Azərbaycana və ordanda Rusiyaya üz tutan qaçqın axını olacaq”.
Mövzular
Siyasət
Moskvadakı mətbuat-konfransında çıxış edən Rusiya diplomatı müharibənin başlanılıb-başlanılmayacağı sualını ona yox, hərbi əməliyyatın mümkünlüyü barədə danışanlara ünvanlamağı məsləhət bilib.
Lavrov münaqişənin sünni-şiə qarşıdurmasının qızışmasına təkan verə biləcəyini deyib.
“Bu problemin heç də ən əsas hissəsi deyil. Əməliyyat asan səyahət olmayacaq. Bütün nəticələri hesablamaq mümkün deyil”
Sanksiyalar
Rusiyanın xarici işlər naziri İrana qarşı beynəlxalq sanksiyaları tənqid edib.
Sergey Lavrov deyib ki, təzyiq İran iqtisadiyyatını boğmaq və əhalini incitmək məqsədini daşıyır.
Onun sözlərinə görə qərb sanksiyaları ölkə daxilində narazılıq yaratmaq üçün tətbiq olunur.
Rusiyanın xarici işlər naziri sanksiyalarla nüvə proqramı arasında heç bir əlaqənin olmadığını deyib.
Avropa İttifaqı İranı nüvə proqramından imtina etdirməyə sövq edən sanksiyaların dəstəklənməsinə yanvarın 23-də münasibət bildirməlidir.
Ötən həftə Yaponiya İrandan neft ixracının azaldılacağını bildirib.
Daha əvvəl Çin sanksiyaların birtərəfli olduğunu tənqid edib.

http://www.bbc.co.uk/azeri/international/2012/01/120118_rusiya_iran.shtml

Bu haber 110 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

İran Xeberleri

Sanksiyalar İran xalqını yox, rejimi hədəf alır

Sanksiyalar İran xalqını yox, rejimi hədəf alır Birləşmiş Ştatlar və dünya boyu başqa ölkələr BMT Təhlükəsizlik Şurasının İrana beyn&...

İRAN PREZİDENTİNİN QARDAŞI AZƏRBAYCANDA JURNALİSTİN TUTULMASINDAN DANIŞIB

İRAN PREZİDENTİNİN QARDAŞI AZƏRBAYCANDA JURNALİSTİN TUTULMASINDAN DANIŞIB İran prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad jurnalistlərə açıqlama...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim