CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Ali Özgündüz: Fransa məsələsində Azərbaycanın mövqeyindən çox razıyam

Ali Özgündüz: Fransa məsələsində Azərbaycanın mövqeyindən çox razıyam

Tarih 22 Ocak 2012, 14:52 Editör Günay Eltürk

Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostuq qrupunun üzvlərindən biri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan millət vəkili Ali Özgündüzlə müsahibəsi

- Azərbaycana səfərinizin əsas məqsədi nədir və kimlərlə görüşünüz oldu?

- Bildiyiniz kimi, bu günlərdə Fransa parlamentinin aşağı palatası sözdə “erməni soyqırımı”nı inkara görə cəza tətbiqi ilə bağlı qanun qəbulu etdi. İndi də bu ayın 23-də bu qanunun senatda təsdiqlənməsinin qarşısını almaq üçün, Türkiyənin Azərbaycanla birgə addım atması, Avropa Parlamentində ortaq mövqedən çıxış etməsi kimi məsələlər müzakirə olundu.

Prezident İlham Əliyevlə, Xarici İşlər Nazirliyində, Azərbaycan parlametində Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvləri ilə mühüm görüşlərimiz oldu.

Onu da əlavə edim ki, bu məsələ təkcə Türkiyə və Azərbaycanın deyil, bütün türk dünyasının problemidir. Hətta deyərdim ki, bu qərar insanlığın və insanların azad düşüncəsinin qəsb olunması, məhdudlaşdırılmasına gətirib çıxaracaq.

Sabah bir Azərbaycan vətəndaşı Fransada sözdə erməni soyqırımın olmamasını bildirərsə, onu da eyni aqibət gözləyəcək. Fərqi yoxdur bu rus, amerikalı və başqa millətin nümayəndəsi olsun, əsas odur ki, bu qanun hamı üçün nəzərdə tutulacaq.

- Azərbaycanın mövqeyindən razı qaldınızmı?

- Azərbaycanın mövqeyindən çox razıyam. Bu istiqamətdə bir çox bəyanatlar verilib. Milli Məclisin 125 üzvünün Fransa parlamentinə ortaq bəyannamə göndərməsi, Xarici İşlər Nazirliyinin və bütün Qafqazın şeyxülislamı Allahşükür Paşazadənin açıqlamaları bizi məmnun edir.

Prezident İlham Əliyev də görüşdə öz mövqeyini bildirdi və hətta, prezident bu qanunun Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsindəki bitərəf fəaliyyətini zədələyə biləcəyi ilə bağlı fikrini bildirdi.

Bu məsələdə bizə dəstək olduqları üçün prezidentimiz başda olmaqla, millət vəkillərinə, bütün insanlara öz dərin təşəkkürümü bildirirəm. Azərbaycan türk dünyası içərisindən tək mövqeyini ortaya qoydu. Eyni zamanda, Azərbaycan haqlı olaraq, islam ölkələrinin mövqe ortaya qoymasını bildirir. Bu məsələ ilə bağlı TÜRK PA və EKO-dan açıqlamalar gözləyirik. Çünki, Fransa qarşısında güc görərsə, geri çəkilə bilər.

- Ümumiyyətlə, prezidentlə görüşdə Fransanın ATƏT-in Minsk Qrupundakı fəaliyyəti müzakirə olundumu?

- Bilirsiniz bu çox mürəkkəb məsələdir. Bunun üçün bütün ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr hamısı səs verməlidirlər. Hətta Fransa özü çıxsa belə, Ermənistan buna səs verməsə Fransa yenə də qalacaq.

Onun üçün bu məsələdə bütün üzv dövlətlər səs verməlidirlər. Çünki, əvvəldən razılaşma belə olub. İnanırıq ki, bu qərar Senatdan keçməyəcək. Əgər, bu qərar keçsə bundan sonra Fransanın Minsk Qrupundakı fəaliyyəti inandırıcı olmayacaq və bütün təşəbbüsləri fiaskoya uğrayacaq.

- Əgər, qərar senatdan keçsə Türkiyə hansı cavab addımları atacaq?

- Təbii ki, Türkiyənin buna cavab olaraq addımlar atacağı şübhəsizdir. Xüsusilə, Fransanın Əlcəzairdə və Ermənistanın Xocalıda etdikləri soyqırımı beynəlxalq səviyyədə qaldıracağıq və bu məsələlərin gündəmə gətirilməsi gözlənilir.

Münasibətlərimizi buna uyğun formalaşdıracağıq. Artıq, iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində münasibətlərimiz dayandırılıb və başqa addımların atılması gözlənilir.

- Amma, bu günlərdə Əlcəzairin baş naziri Türkiyənin bu ölkənin daxili işlərinə qarışmamasını bildirib. Sizcə, baş nazir niyə belə açıqlama verib?

- Baş nazir qarşıdan seçkilər gəldiyi üçün belə açıqlamalar verir. Əlcəzair xalqı isə belə düşünmür və cəmiyyət bizim fikirlərimizlə həmrəydir. Düşünsə belə burda gerçək tarixi fakt var.

Biz də istəyirik ki, tarixdə baş verən hadisələri tarixçilərin müzakirəsinə verək . Tarixçilərin işini siyasətçilər həll etməməlidir. Yox, sən bu məsələni parlamentdə həll edərsənsə, bizdə sənə eyni cavabı verə bilərik.

- Belə çıxırmı ki, Türkiyə Fransanın etdiyi səhvi təkrarlayır?

- Biz də istəyirik ki, bu məsələni tarixçilər həll etsinlər. Məsələ parlament səviyyəsində qaldırılmasın. Amma, Fransa “erməni soyqırımını” tanıyıb, indi isə bunu tanımayanları nəzərdə tutan cəzalandırma qanunu qəbul etmək istəyir.

Bunun qəbul edilməsi düzgün deyil və hətta, bu qərar Avropa İnsan Hüquqları Məhkəməsinə getsə belə geri qayıdacaq. Bizim düşüncələrimiz budur. Fransa ilə bir çox istiqamətlərdə müttəffiqliyimiz və əlaqələrimiz var. Bu istər Avropa Parlamenti, istərsə də NATO çərçivəsində davam edir. İnanırıq ki, belə bir qərar qəbul edilməyəcək.

- Bu günlərdə mediaya verdiyiniz açıqlamada Ədalət və İnkişaf Partiyası tərəfindən Xocalı soyqırımını parlamentə gətirəcəyi təqdirdə, CHP-nin səs verəcəyini bildirmisiniz. Ümumiyyətlə, CHP-nin belə bir tanınma qanunu parlamentə gətirmə səlahiyyəti varmı?

- Bəli, var! Bu günlərdə Milliyyətçi Hərəkat Partiyasından olan dostlarımız bildiriblər ki, belə bir qanunu parlamentin gündəminə gətirməyi planlaşdırırlar.

Yenə də deyirik ki, bu məsələ parlament səviyyəsində həll edilməməlidir və tarixçilərin öhdəsinə vermək lazımdır. Həm də Fransanın bu qərarının arxasında Türkiyənin Avropa İttifaqına üzv olmaq siyasətinin qarşısını almağa hesablandığını düşünürəm.

Elnur Eltürk
Gün.Az

Bu haber 332 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Müsahibe

İrana heç bir hərbi müdaxilə olmasa belə...

İrana heç bir hərbi müdaxilə olmasa belə... Ilham İsmayılov: "Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəc...

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil>

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil> Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin D...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim