![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Güney Azərbaycan Milli Hərəkatının Ana Axışı
Güney Azərbaycan Milli Hərəkatı elə mürəkkəb mədəni, siyasi və sosial tərkibə/kopzisyona sahibdir ki, onun əsil mahiyətini və özəlliklərini tanımaq və tanımlamaq çətindir. Milli hərəkata uzaqdan bir müşahidəçi kimin baxdığınızda; dağınıq, təşkilatsız, elitadan məhrum, iç ixtilafların dərin olduğu, medyadazəeyif olduğu (gazətə, tələvzyon, jurnal, TV), rəhbəriyəti olmayan və hərəkat içində öz başınalığın hakim olduğunu düşünə bilərsiniz. Bu müşahidənizdən yola çıxaraq milli hərəkatın olmadığını ya da gücsüz və siyasi səfərbərliyinin zəyif olduğu iddiasında olabilirsiniz. Ancaq görüntülər hər zaman doğruları göstərməyə bilər. Uzaqdan gördükləriniz sizi yanlışlığa səvk edəbilər. Milli hərəkatın gərçəyini və özlüyünü öyrənmək üçün öncəliklə gördüyünüz çürük görünüşlü qabığı söküb atacaqsınız. Əmin olun ki, o zaman sizi aldatan o çürük görünüşlü qabığın altındakı ağlı və təcrübəni görüncə şaşıracaqsınız. Bir daha özünüzə etiraf edəcəksiniz ki, həqiqət sizin görmədikləriniz və bilmədiklərinizdə gizlidir. Sizin baxışınızı çürük qabıq formalaşdırırmış. Əslində insanın dünya görüşünü bilgisi deyil də cəhaləti şəkilləndiridiyi həqiqətini unutmamaq da gərəkir.
Milli hərəkatın umumi-milli təşkilatları olmasa da, milli hərəkatımıza xodcuş/özlüyündən harmoni hakimdir. Umumi səfərbərlik ehtiyacı hiss edildiyində milli hərəkatın topyəkun iradəsi eyni noqtədə birləşir. Babək qalası himasəsində, 2006 May hadisələrində, Yaşıl hərəkatına qarşı ortaq mövgi sərgilənməsində və traxtor kimin əfsanənin yaradılmasında ortaq iradənin oratya çıxması bu olqunun göstərcisidir. Milli hərəkatımızda rəhbəriyət probləmi olsa da, milli hərəkatımıza başı boşluq, aylaqlıq və sərsərilik hakim deyil. Tam tərsinə rasyonalitə/əqlaniyət və məntiq hakimdir. 1997-də Mohəmməd Xatəmi hakimiyətə gəldiyinidə milli hərəkatımız o dönəmdən ən yaxşı şəkildə faydalandı. O dönəmə hakim olan Reform goftemanını/söyləmini öz milli goftemanı istiqamətində dönüştürdü(istihalə). Nisbi olaraq açılan siyasi fəzadan nəhayət istifadəni etməyi bacardı. İranda reform hərəkatının nəticə verməyəcəyini və İran İslam cumhuriyəti reform ediləbilir dövlət olmadığnıı ilk anlayan, onu dilə gətirən və ondan kəsgin xətlərlə uzaqlaşan yenə milli hərəkatımız oldu. Milli hərəkatımız rəformculardan elə qoptu ki, onların lidərliyindəki hər tür siyasi hərəkatdan uzaq durur. Necə ki, 1999 oyrənci hadislərinə nisbi olaraq qatışan Təbriz, Yaşıl hərəkatı ortaya çıxdığı 2009-dan günümüzə səsini çıxartmadı. Milli hərəkatımız reformcuların İslami demokrasi məlğəməsinin altında gizlətdikləri fars milliyətçiliklərini görüncə diskindi. Görünüşə aldanmadı və onun arxasında gizlənən yanlışlığı gördü. Gözəl, bəzənmiş və hər tür aksesuara (təzyiant) bürünmüş gəlinin “ yalançı gəlin” olduğunu anladı. Bunların hamısını sənin o təşkilatısız, dağınıq, lidersiz və səfərbərlik gücünün olmadığını iddia ettiyin hərəkat gərçəkləştirdi. Burada sənin görmədiyin və ya görmək istəmədiyin gizli bir iradə və ağıl yoxmu? Bunların öz-özünə gərçəkləşməsi sənin üçün heç bir analam ifadə etmirmi? Milli hərəkatımızın gözəlliyi onun dərinliyi və şarşırtıcı özəllikləri olmasındadır. Güney Azərbaycan Milli Hərəkatı içində koləktif/umumi vicdan/şuur yaranıb. Bu vicdan fərdlərin üstündə və onları yönləndirən gücə çevrilib. Umumi vicdan sözü sənə soyut/mücərrəd gələbilər. Bunlar sənə Emil Durkhaimı xatırlada bilər və bəlkə də sənin postmodern siyasi literatürünə tərs görünəbilər. Ancaq bir-biriylə təşkilati əlaqəsi olmayan milyonlarca insanın eyni duyqu, düşüncə və iradəni paylaşması sadəcə təsaduf əsəri olabilməz Bir-biriylə üz-üzə və ya təşikilatı əlaqəsi olmayan və hətta bir çox yerdə şəxsiəlaqələrin belə qopuq olduğu hallarda yenə də ortaq duyqu, düşüncə və iradənin paylaşılması anlamlıdır. Demək ki, bütün bu insanları bir-birinə bağlayan bir “biz “vardır. Onlar o “bizdə” bir-birlərini tapır və birləşir. “Biz” olgusu əslində Farslıqdan və İranlılıqdan özünü ayıran Azərbaycan-Türk kimliyinin dəruniləşməsi deməkdir. “Biz” məfhumu ətrafında tələblər, arzular , fürsətlər, qorxular və təhlikə algıları bəlirginləşmiş və özünü açıq şəkildə ifadə ətməsə də, öz nihayi çərçəvəsini tapmışdır. Bu insanların “ biz” tanımlarındaki birlikdəlikləri onlardan müstəqil olan və onlara yön verən koləktif vicdanı/şuuru yaradır. Koləktif vicdan milli hərəkatın ana axışını təyin edir. Güney Azərbaycan Milli Hərəkatının ana axışı isə umumi ağıl, ortaq iradə, xuşünətdən uzaq durmaq, dəmokratik prensiplərə uymaq, radikalizmdən çəkinmək, dünyayla bütünləşmək/entəgrasyon və milli-umumi mənfətlərdən təviz vərməmək kimi ilkələr/prənsiplər əsasında formalaşır. Güney azərbaycan Milli hərəkatının ana axışını öyrəndiyin zaman uzaqdan dağınıq, təşkilatsız, rəhbəriyətsiz və başı boş görsənən hərəkat gözündə çox dəyişəcəkdir. Onda görəcəksən ki, Güney Azərbaycan Milli Hərəkatı `baabam dedi, vur dedi- hər gələnə vur dedə` məntiqsizliylə hərəkət etmir. Əmin ol ki, Milli hərəkatın ana axışını anladığn zaman görəkcəksən ki, milli hərəkatımız hara gettiyini, necə getiyini, niyə getiyyini, kiminlə getiyyini çox yaxşı bilir. Arif Kəskin Ankara 22 Şubat 2011 Bu haber 372 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||