CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Rusiya ordusu İrana qoşunla yardım edə bilər

Rusiya ordusu İrana qoşunla yardım edə bilər

Tarih 21 Ocak 2012, 11:34 Editör Günay Eltürk

Tərəflər arasında belə bir anlaşma var

“Fars hökuməti Rusiya Sovet hökumətinin xəbərdarlığından sonra mövcud olan təhlükənin qarşısını ala bilməsə, Rusiya Sovet Hökuməti özünümüdafiə maraqlarına görə qoşunlarını Fars ərazisinə daxilə edə və lazımi hərbi tədbirlər görə bilər”. Sən demə, bu, 1921-ci ildə RSFSR və o vaxtı Fars adlanan İran arasında mövcud olan anlaşmada deyilir.

İran ətrafında mövcud olan gərgin şəraiti və hələlik ləvğ edilməyən bu anlaşmanı nəzərə alaraq iki ölkə arasında olan bu anlaşma qəfil qeyri-adi şəkildə aktuallığını geri qaytarmış olub. İranın Moskvadakı səfiri Seyd Mahmud Səcadi mətbuat konfransında 90 illik keçmişi olan bu sensasiyalı xəbəri şərh edib. Diplomat “İran belə imkandan istifadə edə bilərmi?” sualını olduqca diplomatik, bir az da qeyri-müəyyən cavablandırıb.

Onun sözlərinə görə, bu anlaşmanın imzalanmasından uzun müddət keçib. Fars dövləti isə indi inqilabdan sonra tamamilə müstəqil olan İran İslam Respublikası adlanır.

İranın sərhədlərində baş verən digər hadisələri isə səfir qısa və ağıllı cavab verib. Birləşmiş Ştatların İranı provakasiyada ittiham etmək məsələsinə gəlincə isə Seyd Mahmud Səcadi deyib ki, elə Amerikanın onun ölkəsinin sahillərində olan aviadaşıyıcı qrupların olması artıq provakasiyadır: “Bu gəmilər niyə bizim sahillərimizə gəliblər? Balıq tutmağa?”

Səfir İrana qarşı tətbiq edilən neft embarqosuna da münasibət bildirib. O deyib ki, ölkəsi ABŞ-ın siyasətindən asılı olmayan ölkələri neft satmağı üstün tutur.

Sonda iranlı səfir ölkəsinin qüdrətindən danışıb. Seyd Mahmud Səcadi Şərqdə İran üzərində qələbə asan olmayacaq- cəmiyyətdə müxalifət yönümü əhval-ruhiyyə əhalinin cəmi 5% təşkil edir və vəziyyəti Misir, Tunis, Liviya ilə müqayisə etmək mümkün deyil

Bu haber 412 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Rusya xeberleri

Moskvada azərbaycanlı biznesmen öldürülüb

Moskvada azərbaycanlı biznesmen öldürülüb 53 yaşlı İlqar Cəbrayılov spirtli içki məhsullarının satışı ilə məşğul olurmuş

GİZLİ MOSKVA-İRƏVAN PLANLARININ ÜSTÜ AÇILDI

GİZLİ MOSKVA-İRƏVAN PLANLARININ ÜSTÜ AÇILDI Lavrovun səfərinin şok pərdəarxası İsrail kəşfiyyatının məlumatına görə, Rusiya...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim