![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Güney Azərbaycan türklərinə çağırış
Beynəlxalq Azərbaycan Türkləri Birinci Forumunun Təşkilat Komitəsi Güney Azərbaycan türklərinə müraciət qəbul edib. “Dəyərli soydaşlar!
Dünyada son 200 ildə meydana gələn hadisələr nəticəsində, bir çox millətlər millətləşmə müddətini tamamlayaraq, milli dövlətlərini qurdular. Çox təəssüf ki, əksəriyyəti İslam inancına sahib olan millətlər İslam dininin təsiri altında dünyada baş verən bu inkişafa uyğunlaşa və millətləşmə müddətlərini tamamlaya bilmədilər. Dünya sürətli bir ictimai inkişaf içindədir və millətlərin millələşmə və dövlətləşmə prosesi hələ də ictimai inkişafının ən aktiv mərhələsinə qədəm qoyub. Dünya bu inkişaf müddətini tamamlamaq məcburiyyətindədir. Dünyada millətləşmə və dövlətləşmə prosesini tamamlaya bilməyən millətlərdən biri də çox təəssüf ki, biz Azərbaycan Türkleriyik. Son 200 ildə rus işğalında olan Şimali Azərbaycanda Rusiyadakı ictimai-siyasi inkişafın təsiriylə meydana gələn müddətdə millətləşmə və dövlətləşmə dövrü tamamlanmış olsa da, Millətimizin böyük əksəriyyətini təşkil edən, Güney Azərbaycan türkləri bu müddəti tamamlaya bilməyiblər. Tarixi inkişafa kimsə qadağa qoya bilməz. Amma müddəti sürətləndirmək, prosesin inkişaf xəttini təyin etmək, millətimizin, öz düşüncəsində millətləşmə müddətini tamamlamış ziyalılarının əlindədir. Dünyanın bütün xalqlarında millətləşmə və dövlətləşmə müddətlərini, ziyalılar sürətləndirmiş və təyin etmişlər. Milli Qurtuluş Savaşları, Milli qiyamlar, Milli dövlət qurumları o millətlərin ziyalılarının liderliyində olmuşdur. Millətimiz tarixi proseslərdə bölünmüş, fərqli dövlətlərin sərhədləri içində yaşamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən, 200 ilə yaxın müddətdə fərqli dövlətlərin sərhədləri çərçivəsində yaşayan millətimizin ayrı-ayrı topluluqlarının mədəniyyətləri arasında müəyyən fərqliliklər yaranmışdır. Ancaq bu fərqliliklər fərqli millətləşmə müddətləri yaratsa belə, millətimizin tək olan türk milli kimliyini əsas olaraq aradan qaldırmamışdır. Bu mənada, fərqliləşən kültürlərimizə baxmayaraq millətimizin birliyini müdafiə etmək, bu şüuru inkişaf etdirmək yenə də milliləşmiş aydınlarımızın vəzifəsidir. Güney Azərbaycan Türklərinin millətləşmə və dövlətləşmə prosesini sayı 50 milyondan çox olan Azərbaycan türkünün birliyi, bütövlüyü düşüncəsinin xaricində ələ almamalıyıq. Güney Azərbaycan türklərinin Millətləşmə və Devlətləşmə müddətini tamamlamasına liderlik etmək, bu prosesi sürətləndirməyə çalışmaq, yalnız Güney Azərbaycanlı milli ziyalıların vəzifəsi deyil. Bu vəzifə dünyanın harasında yaşadığından asılı olmayaraq, milli düşüncəli bütün Azərbaycan Türk ziyalılarının vəzifəsidir. Təbii ki, əsas vəzifə, Güney Azərbaycanlı aydınlarımızın üzərinə düşür. Keçdiyimiz günlərdə, dünyanın müxtəlif bölgələrində yaşayan Azərbaycan türklərinin millətçi ziyalılarından bir qrup, bu ilin Aprel ayında, Türkiyədə, «Beynəlxalq, Azərbaycan Türkləri 1. Forumu «adlı bir yığıncaq təşkil etmək qərarı almışdır. Bu toplantının birinci məqsədi, dünyanın müxtəlif ölkələrində yaşayan, milli düşüncəli aydınlarımızın bir araya gələrək, millətimizin problemlərini danışmalarına, bir-birləriylə tanış olmalarına vəsilə olmaq, ortaq bir milli ruh yaratmaqdır. İkinci məqsədimiz isə, sayı 50 milyondan çox olan millətimizin, milli mənfəətlərini, beynəlxalq platformalarda müdafiə edə biləcək, 50 milyon Azərbaycan Türkü adına hərəkət edə biləcək, vətəndaş xarakterli, demokratik üsullarla seçilmiş və nisbi təmsil sistemiylə yaranmış AZƏRBAYCAN MİLLİ Konseyini (Şurasını) yaratmaqdır. Forumun nəticəsində yaranacaq Azərbaycan Milli Şurasının göstərəcəyi fəaliyyətlərin Cənubi Azərbaycanda davam etməkdə olan millətləşmə və dövlətləşmə prosesinə, həmçinin dünyanın müxtəlif bölgələrində yaşayan millətimizin digər problemlərinin həllinə əhəmiyyətli təsir göstərəcəyinə inanırıq. Bu işlər və yaradılacaq Milli KONSEY, millətimizdə bütövləşmə arzusunun inkişafına böyük töhfələrverəcəkdir. Güney Azərbaycanlı Türk Aydınları! Planladığımız «Beynəlxalq, Azərbaycan Türkləri 1. Forum «u və yaratmağı düşündüyümüz «AZƏRBAYCAN MİLLİ KONSEYİ» Güneyilə, Quzeyilə bütöv Azərbaycan türklərinin önündə duran, millətimiz adına tarixi bir vəzifədir. Sizləri bu tarixi vəzifəni qəbul etməyə, forumun işinə dəstək verməyə, MİLLİ Konseyimizin yaradılmasında aktiv rol almağa DƏVƏT EDİRİK. Hörmətlə, Beynəlxalq Azərbaycan Türkləri 1. FORUMU Təşkilat Komitəsi” http://www.xalqcebhesi.az/?p=95158 Bu haber 516 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||