 |
|
|
|
|
|
|
Anasayfa » İran Xeberleri
İran aktrisanı ölkəyə buraxmadı
19 Ocak 2012, 14:04 Günay Eltürk
İran hökuməti Fransada yaşayan iranlı aktrisa Gülşiftə Fərəhaninin ölkəyə qayıtmasına qadağa qoyub.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, buna səbəb isə gənc aktrisanın İranda qadınların hüquqlarının məhdudlaşdırılmasına etiraz olaraq Le Fiqaro jurnalı üçün soyunması olub. Aktrisanın çılpaq fotoları onun Facebook səhifəsində yayımlandıqdan sonra İranda və Yaxın Şərqdə aktiv müzakirələrin yaranmasına səbəb olub. İranı məhdud islam qanunlarına və Əhmədinejatın kondervativ mədəni siyasətinə görə keçən il tərk edən aktrisa ona Mədəniyyət Nazirliyindən İranda aktyor və aktrisalara ehtiyac duyulmadığı barədə xəbərdarlığın edildiyini deyib. Qeyd edək ki, Fərəhani Leonardo Di Kaprio ilə birgə çəkildiyi “Bir ovuc yalan” filmində tibb bacısı obrazını canlandırmışdı.
Bu haber 408 defa okunmuştur.
 |
İran Xeberleri |
 |
|
|
|
|
 |
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012 |
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|