CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

İran rejimi köçmən kürdləri Azərbaycana qarşı silahlandırır

İran rejimi köçmən kürdləri Azərbaycana qarşı silahlandırır

Tarih 18 Ocak 2012, 15:24 Editör Günay Eltürk

Keçmiş Sovet Hökümətinin (Şurəvi) çöküş dönəmində yaşanan proseslər İran İslam Cümhuriyyətində yaşanmağa başlayıb. Daha doğrusu başlayan proseslər sürətlənib.

Qarabağ torpağına göz tikən ermənilər Sovet Hökumətinin çöküşü zamanı Azərbaycan əleyhinə silahlandıqları kimi, Güney Azərbaycandakı köçmən kürdlər də Qərbi Azərbaycan ostanını (Urmu, Salmas, Xoy, Makı, Qoşaçay, Sulduz, Tikantəpə və ... bölgələri) ələ keçirmək üçün eyni addımları atmaqdadırlar. Burda olan fərq ermənilərin Sovet Hökuməti, köçmən kürdlərin isə İran rejimi tərəfindən silahlanmasıdır.



Məlumata görə, kürdlər İraqın quzeyindən (kürdistan bölgəsi) İrana silah daxil edirlər. İran rejimi isə az məbləğ qarşılığında onu qanuniləşdirir. İlk günlərdə 10000-dən çox Kürd, Güney Azərbaycanın Urmu Şəhərinin “Bərq” dördyolunda silahlarını qanuniləşdirmək üçün sıraya durublar. Bu barədə şahidlər “Öyrənci”yə məlumat veriblər. məlumata görə, Silahla bağlı sıra gözləyən kürdlərin izdihamı tıxaca səbəb olub və bu məsələ şəhərdə səslənib. Məhz Bu səbəbdən SEPAH (İslam İnqilabı Keşikçilər Korpusu) bu işi başqa yerlərə həvalə edibdir. Artıq kürdlər silahlarını qanuniləşdirmək üçün “Rajan” üçyoluna müraciət edirlər, hansıki o məntəqədə ancaq kürdlər yaşayır. Daha bir yer isə Salmas yolu istiqamətində yerləşən Xarici vətəndaşlar binası (ETTELAATın əhatə dairəsi sayılır) təyin edilib.



Qeyd edək ki, əslində bu problem yeni deyil. Güney Azərbaycanın Qərbi Azərbaycan adlandığı bölgə 10 illərdir PKK və kürd terrorçularının diqqət mərkəzindədir. İran rejimi isə onların bu bölgəyə köçürülməsinə müxtəlif vasitələrlə şərait yaradır. İran rejimi əleyhinə gözlənilən müharibə ehtimalı, təbii olaraq bu bölgədə aktivliyə səbəb olub.

Ümid edirik ki, Azərbaycan xalqı kürd terrorçularından çoxlu tarixi təcrübələri olsada, Sovet Hökumətinin dağılması ilə Dağlıq Qarabağın işğal edilməsi faktını bir daha yada salıb və bütün ehtimallara qarşı tədbirli olacaqlar.

Bu haber 398 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

İran Xeberleri

TEHRANDA HİCAB TUTATUT

TEHRANDA HİCAB TUTATUT İranda polis qüvvələrinin hicabsızlığa qarşı əməliyyatları şiddətlənib.

İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib

İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib Cümə namazından sonra təşkil edilən yürüşlərdə Eurovisionun Bakıda keçirilməsinə...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim