CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Uluslararası fürsət, güclü milli addım və ehtimal səhvlər - Təbrizli Baybək

Uluslararası fürsət, güclü milli addım və ehtimal səhvlər - Təbrizli Baybək

Tarih 18 Ocak 2012, 12:32 Editör Anar Memmedli

Sonunda Quzey Azərbaycan rəsmilərindən gərçək addıma şahid olduq, ölkənin adını gərçək olduğu kimi dəiyşdirmək, Azərbaycan və Azərbaycanlılar üçün qapsamlı yanaşmaya zəmin hazırlayan seçimin yapılmaq istəki milli məslicə göndərildi. Qudrət Həsənquliyev adlı milli məclis numayəndəsi öz laiyhəsində, Azərbaycan Respoblikası olaraq dünyada tanınan ölkənin adını Quzey Azərbaycan Respoblikası olaraq qəbul etdirmək tələbi önə sürülmüşdür.

Uluslararası fürsət, güclü milli addım və ehtimal səhvlər – Təbrizli Baybək
 
Sonunda Quzey Azərbaycan rəsmilərindən gərçək addıma şahid olduq, ölkənin adını gərçək olduğu kimi dəiyşdirmək, Azərbaycan və Azərbaycanlılar üçün qapsamlı yanaşmaya zəmin hazırlayan seçimin yapılmaq istəki milli məslicə göndərildi. Qudrət Həsənquliyev adlı milli məclis numayəndəsi öz laiyhəsində, Azərbaycan Respoblikası olaraq dünyada tanınan ölkənin adını Quzey Azərbaycan Respoblikası olaraq qəbul etdirmək tələbi önə sürülmüşdür.
 
Bu addımda əslində bir çoxlu yarar və bir neçə təhlükə vardır.
 
Birinci və ən önəmlisi budur ki bu laiyhənin amacı nədir və nədən bu dönəmdə önə sürülmüşdür? Cənab Həsənquliyevi tanımayan milli fəal yoxdur sanıram, onun milli düşüncəsi və Güney dərdilə tanış olduğu illərdir ki gündəmi qapsamışdır, buna görədə bir çoxlu təziyqlərə məruz qalmışdır. Sözü gedən laiyhənin məhz cənab Əsənquliyev tərəfindən önə sürülməsi istər istəməz bunu göstərir ki istəkin arxasında güclü araşdırmalar və illərcə dartışma dayanmışdır. Deməli, laiyhənin önə sürülməsi Güneyli fəalların 10 illərcə öncədən tələbinin ətkisini görməklə, Quzeydə oyanan milli hisləri, habelə özgür siyasət gücünə malik olma sürəcində olmasınıda göstərir.
 
İkinci önəmli qonu isə budur ki bir ölkənin adının dəiyşdirilməsində kimlərin və hansı orqanalrına razılığı alınmalı olacaqdır. Uluslararası normalarda bir əsl vardır, ölkələrin vətəndaşları özlərinə nə adı verməkdə tam muxtariyət daşımaqdadırlar. Yani, başqa ölkələr (bəlli durumlardan xaric) və uluslararası hörgütləri ilgiləndirmədən, bir ölkə öz adını anayasaya və milli referendoma əsasən dəiyşdirə bilər. Normaldə ad dəiyşimi devrim və ya işqalda, yada müstəqillik qazanmaqda baş verər, ancaq, məlumdur ki ölkənin daxili işləri sayılan terrorla ilgisi olmayan hər bir addım daxili iş olaraq başqa ölkələri maraxlandırmamalıdır.
 
Üçüncü önəmli qonu isə budur ki sözü gedən laiyhənin qazanacağı hansı səviyyədə olacaqdır. Əgər Quzey Azərbaycan hakimiyətini, Əbülfəz Elçibəydən sonrakı özəlliklə, tanısaq, bilərik ki bu hakimkiyətin milli düşüncəylə heç bir əlaqəsi yoxdur, az yetkili isə bu düşüncəni sərgiləməkdən qorxurlar. Muxalifəti tanıdığımız isə, gücsüz və geniş basqıya məruz qalan bir azınlıqla qarşı olduğumuzu bilirik. Əgər bu laiyhə muxalifətin tərəfindən önə sürülmüşdürsə, onun milli məclisdə, ki İlham Əlievin parlamenti olaraq tanınar, qazanacağı o qədərdə gözlənilən dəiyldir. Üzüntülüdür, ancaq gərçək budur ki hakim partiya çalışır öz iqtisadı maraxlarını qorusun, iqtisadi maraxlarda isə milli siyasətə yer verilməz! Əgər muxalifətin önə sürülən laiyhəni mudafiyə edib qazandıra biləcək gücü ollacaqdırsa, quşqusuz buna başqa partiyalar və özəlliklədə xaricdə yaşayan Güneyli fəalların dəstəki lazim olacaqdır.
 
Dördüncü önəmli qonu isə İrana dlanan bir ölkənin var olmasıdır! Doğrudur, yuxarıda dedigim kimi, Quzey Azərbaycan daxili işləri başqa ölkələri maraxlandırmamalıdır, ancaq, laiyhəni önə sürənlər və ondan faydalanmaq istəyənlərin amacı bunun tərsini göstərir. Məncə, siyasi baxımdan çox güclü ola biləcəgimiz alanda gücsüzlük sərgiləiyrik. Beləki, Quzey Azərbaycanda daxili işi, tarixi bir gərçəgi və uluslararası normal addımı İrana yönəlik bir saldırı olaraq rəklam edirlər! Bu rəklamlara imkan yaradanlar isə əslində bizim dostlarımızdırlar! Sözü gedən laiyhənin Azərbaycan bütövlügünü qorxunc haldə açıqlayaraq, onu rəsmi şəkildə İran adlanan ölkəyə qarşı bir muharibə kimi tanıtmaqdadır. Və burdadır ki bizim haq addımlarımız “başqa ölkənin daxili işlərinə dəxalət etmək” kimi rədd etdirəbiləcəkdir.
 
Beşinci önəmli qonu isə budur ki İran adlanan ölkə onsuzda Azərbaycan adından qormaqdadır, daha doğrusu nəfrət etməkdədir və bunu illərcə sərgiləmişdir. Son illərdə özəlliklə Quzey Azərbaycan, din və batı məsələsini bəhanə edərək, rəsmi şəkildə və qeyri rəsmi kanallardan Quzey Azərbaycana saldırılar düzənlənmişdir. Unudmayaq ki, Quzey Azərbaycan İranla əlaqədə 4 önəmli bağımlılıqdan acı çəkməkdədir, 1- Naxçivan, 2- Qarabağ, 3- Xəzər və 4- Güney Azərbaycan. Bunlardan asılı olan isə bir çoxlu başqa rahatsızlıqlar, Ermənistanla əlaqələr örnəyin, var olmaqdadırlar. Deməli, bunları bilərəkdən önəmsizləmək, və İrana dlanan ölkəyə Quzey Azərbaycandan rəsmi saldırı düzənləmək nə olan bir iş və nədə hakimiyətin istəki ola biləcəkdir.
 
Altıncı önəmli qonu, və məncə sözü gedən laiyhənin qazanmasına yol açan qonu, məsələdə İran adlanan ölkəni və ondan yola çıxaraq Rusiyani saldırıyla hədələməməkdir. Ermənistanla zatən torpaq savaşı çözülməmişdir!
Buna tərs anlaşmaların olmaması üçün belə izah gətirmək istədrim ki, Qzuey Azərbaycanın adının dəiyşdirilməsində sadəcə və sadəcə tarixi və milli faktlara yer verilməlidir. Beləki, Azərbaycan bir bütöv olaraq parçalanıb, indi isə Araz çayının quzey tərəfindəki bölüm, tümü olmazsa bilə, müstəqil olmuşdur. Başqa torpaqlarda yaşayan eyni irq, kültür və dilə malik olan Azərbaycanlılara xəyanət etməmək üçün, onların “öz müqəddəratlarını təin etmə haqları”na sayqılı qalmaq üçün, onları asimiləyə qurban verməmək üçün, haqlarını dünyada işiqlandırmağa yanaşdırmaq üçün və tarixi bir səhvə düzəliş vermək üçün, lazim görünür ki Azərbaycan Respoblikası adı Quzey Azərbaycana çevrilsin. Unudmayaq ki İrana dlanan ölkədə bilə Azərbaycan torpaqları parçalanıb və qomşulara verilib!
Doğrudur, bu izahatın nəqədər yetərli olduğu oxuculara bağlıdır, ancaq inanıram ki bu dönəmdə, haq bir istəki bir sıra önəmli qonulara görə susdurmaq üçün çox güclü işləmlər aparılmaqdadır. Bu işləmləri yoxa çıxardıb, ətkilərini azaltmaq üçün, lazimdir ki diqqətlə çalışaq.
 
Yeddinci qonu isə budur ki Quzey Azərbaycanda bəzi addımlar aparılmışdır ki o ölkəni tam anlamında yeqanə Azərbaycan olaraq saxlasınlar. Buna örnək, Qarabağ məsələsində Güney Azərbaycanın muamilə qonusuna çevrilməsi, Azəri türkcəsi vərinə Azərbaycan dili ürətilməsi, və Azərbaycanlı kimligini Azəri Türkündən ayırması, habelə dünya çapında Azərbaycanlılar adına sadəcə və sadəcə Quzeylilərin maraxlarını qorumaq (milli sərvətlərdən maliyyələşən, ancaq sülalənin rəklam makinəsi olan Heydər Əliyev fondu) saymaq olacaqdır.
 
Ama, faydalı olan və heç bir zaman unudulmayan budur ki, Qudrət Həsənquliev illərcə arzularımızı rəsmi şəkildə Quzey Azərbaycan rəsmilərinə bildirmişdir, otayda və butayda, habelə xaricdə bu addımın atılabiləcək olduğunu göstərmişdir və bənzər addımlarında atılacağına zəmin hazırlamışdır. Beləliklə, çalışaq ki önə sürülən laiyhənin yoldan caydırılmasına imkan verməyək və düşmana fürsat sağlamayaq.
 
Və, onsuzda İran yetkililəri yenidən “Gülüstan” və “Türkmançay” muqavilələrinin batil ediləcəgini önə sürəcəklər və bu məsələni milli məclislərinə qaldıracaqlar, buraxın bu işi görsünlər, çünkü, adı gedən muqavilələr Fars rejimilə yox, ki Qacar İmparatoru ilə imzalanmışdır, Qacarlar isə Azəri Türk dövlətçiliginin varisidilər, ki onlarada Azəri türk atababalarından qalmışdır. Beləliklədə, sanıram düşmanın atacağı daş özünə qayıdacaqdır və siyasi uzmanlarımız bu muqavilələrin nə olduğunu və necə gücdə qalıb yada batil olmasını rəsmi şəkildə açıqlaya biləcəklər.
 
Sanıram Quzey Azərbaycan gündəmi bir birinə dəyəcəkdir, geçici olsa bilə, hər bir addım ki Bütöv Azərbaycan naminə atılmaqdadır tarixə yazılır, oyanış yaradır və ətkiləri, təpkiləri aşkarlandıraraq çoxlu həqiqətləri açıqlayır. Bu vasitə ilədə Qudrət bəyə təşəkkürümü bildirib, onun daha diqqətli və daha güclü olmasını arzu edirəm. Doğrudur, Quzey və Güney birbirilə çox fərqlidirlər, ancaq, buna nədən olan ayrılıq aradan qaldırılırsa, təbiki bir sürədən sonra eyni dəyərlərimizi mənimsəyəcəyik, çətin olacaq, ancaq olacaqdır.
 
Və birdə, laiyhə önə sürülmüşdürsə, ondada öz dilimiz işə alınmalıdır. Şimalı yerinə Quzey yazılmalıdır, Quzey və Güney kimi anlamlı və milli kəlimələrimiz vardır, şimali sözcügünü qullanmaq və bir Türk ölkəyə rəsmi ad seçmək yanlışdır.
 
Bütöv Azərbaycan bir gərçəkdir, yaşayacaqdır
 
Təbrizli Baybək
15/01/2012
Croydon


--
Əsən qalın

Bu haber 293 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Meqaleler

1 Xurdat Qıyamı-Direnişi nedir?

1 Xurdat Qıyamı-Direnişi nedir? 1 Xurdat Qıyamı, Üsyanı bu nedenle tarihimizin en önemli hadiselerinden birisi olarak değerlendirilmelidir.

ULUSLARARASI GÜNEY AZƏRBAYCAN KONSEYİ QURULDU - Gülara YENİSEY

ULUSLARARASI GÜNEY AZƏRBAYCAN KONSEYİ QURULDU  - Gülara YENİSEY 12 May 2012-ci il tarixində Türkiyənin başkəndi Ankara şəhərində Uluslararası Güney A...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim