CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Eurovision-2012 də iştirak edəcək ölkələrin adı açıqlanıb

Eurovision-2012 də iştirak edəcək ölkələrin adı açıqlanıb

Tarih 18 Ocak 2012, 08:24 Editör Günay Eltürk

43 ölkənin arasında Ermənistan da var

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, bu ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin müsabiqədə son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da "Eurovision"da iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb.

"Eurovision" mahnı müsabiqəsinin Baş prodüseri Yan Ola Sand 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun olduqlarını bildirib. "Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq".

"Eurovision 2012"də iştirak edəcək ölkələrin siyahısı.
1.Albaniya
2.Ermənistan
3.Avstriya
4.Azərbaycan
5.Belarus
6.Belçika
7.Bosniya və Herseqovina
8.Bolqarıstan
9.Xorvatiya
10.Kipr
11.Danimarka
12.Estoniya
13.Finlandiya
14.Fransa
15.Makedoniya
16.Gürcüstan
17.Almaniya
18.Yunanıstan
19.Macarıstan
20.İslandiya
21.İrlandiya
22.İsrail
23.İtaliya
24.Latviya
25.Litva
26.Malta
27.Moldova
28.Monteneqro
29.Niderland
30.Norveç
31.Portuqaliya
32.Rumıniya
33.Rusiya
34.San Marino
35.Serbiya
36.Slovakiya
37.Sloveniya
38.İspaniya
39.İsveç
40.İsveçrə
41.Türkiyə
42.Ukrayna
43.Böyük Britaniya

Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVPi-nin işinin gərginliyi ilə əlaqədardır

Bu haber 311 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Medeniyyet

Sebine Babyeva`nın kazanma şansı yüksek

Sebine Babyeva`nın kazanma şansı yüksek Eurovision 2012 Azerbaycan temsilcisi Sebine Babyeva Baku Crystal Hall`da ikinci provasından sonra basın toplantısı...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 17-19-da Müasir İncəsənət...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim