 |
|
|
|
|
|
|
Anasayfa » İran Xeberleri
ETTELAAT RƏHBƏRİ QƏRBİ və İSRAİLİ HƏDƏLƏDİ
17 Ocak 2012, 13:37 Günay Eltürk
İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi yanvarın 16-da jurnalistlərə açıqlamasında Tehranda törədilmiş terrordan danışıb.
Yanvarın 11-də motosiklet sürən naməlum iki şəxs paytaxtda bir avtomobilə bomba yapışdırıb. Bombanın partlaması nəticəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini, 32 yaşlı Mustafa Əhmədi Rövşən yerindəcə həlak olub. Hadisədə yaralanan avtomobil sürücüsü Rza Qəşqayi və kimliyi bəlli olmayan bir vətəndaş da ölüb.
“Media forum” saytının məlumatına görə, Heydər Moslehi deyib ki, baş vermiş terrorda Amerika, Böyük Britaniya və İsrailin əli var: “Amerika və Böyük Britaniya bu terrorda özlərini gizlədə bilməzlər. Biz bu terrorun arxasında olan ingilislərə, amerikalılara, “Mossad”a və onlarla əməkdaşlıq edənlərə kəskin cavab verəcəyik. Beynəlxalq ictimaiyyət bizim alimlərimizə qarşı həyata keçirilən bu kimi hərəkətlərə görə cavabdeh olmalıdır. Görəsən, onlar bu kimi hadisələrin sabah öz ölkələrində də baş verə biləcəyini təxmin edirlərmi?”
Bu haber 379 defa okunmuştur.
 |
İran Xeberleri |
 |
|
|
|
|
 |
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012 |
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|