CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin siyasi məsələlərlə bağlı Qətnaməsi

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin siyasi məsələlərlə bağlı Qətnaməsi

Tarih 16 Ocak 2012, 00:14 Editör Günay Eltürk

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) keçirdiyi ll Qurultayda siyasi məsələlərlə bağlı Qətnamə qəbul edib.

Qətnamədə qeyd olunur:

“Hazırkı şəraitdə İran adlanan ölkədəki siyasi rejim bütün sahələrdə ciddi böhranla qarşı-qarşıyadır. Bu böhranlar onu dazili və xarici siyasətində də çıxılmaz bir duruma salıb. Hakimiyyətdaxili çəkişmələr artıq hakimiyət dayirələrini zəif və cəmiyyət daxilidə etibarsız duruma düşürüb. İstər içəridəki kütləvi etirazlar, istərsə də xaricdən ola biləcək hərbi müdaxilə qorxusu hakimiyyətdaxili çəkişmələri daha da artırıb.

Fars rasizmini və irançılığı təmsil edən bugünki İran İslam Cumhuriyyəti adlı rejim qeyri-fars millətlərin milli-demoktratik mübarizələrini var gücü ilə boğmaq üçün hərbi və polis gücündən faydalanır. Rejim məmurları qeyri-fars millətlərin yaşadıqları bölgələrdə hərbi nəzarət və idarəçiliyin hakim olduğunu özləri də çəkinmədən ifadə edirlər. Bununla yanaşı qeyri-fars millətlərə tətbiq olunan siyasi, iqtisadi, milli-mədəni ayrıseçkilik dözülməz vəziyyətə çatdırılıb. Qeyri-fars millətlərin milli və təbii sərvətləri mərkəzləşmiş hakimiyyətin ixtiyarındadır. Tehran mərkəzi hakimyyətinin qeyri-fars millətlərə verdiyi töhfə yoxsulluq, işsizlik və inamsızlıqdır. İran adlanan ölkədə yaşayan əhalinin 70 faizi qeyri-fars millətlərdən ibarət olmasına baxmayaraq onların ölkənin önəmli postlarında təmsil olunma imkanları məhdudlaşdırılır və bütün maddi imkanlar, siaysi və hərbi güc və farsçılığa xidmət edən qrupun əlində cəmləşib. Mədəni büdcə farsçılığın təbliği, fars dili və mədəniyyətini gücləndirilməsi, qeyri-fars millətlərin assimiləsinə sərf olunur, bu millətlərin aydınları əsassız həbs və işkəncəyə məruz qalırlar. Qeyri-fars millətlərin farslaşdırılması fars şovinizt islami hakimiyyətin siyasi və rəsmi siyasətidir. İran adlanan ölkədə əhalinin əksəriyyətini təşkil edən azərbaycan türkləri zəngin tarixə, dil və ədəbiyyata malik olduqları halda və 1979-cu il devrimində önəmli rol oynadıqlarına baxmayaraq 30 ildən çoxdur ki, islami fars hakimiyyətinin uyğuladığı siyasət nəticəsində bu gün siyasi və iqtisadi güc baxımından zəiflədilməkdədirlər. Bölgəyə müasir dövlətçilik ənənəsi və yeniliklər gətirən azərbaycanlılar fars rejimlərinin gerici qanunları çərçivəsində yaşamağa məcbur edilirlər. Buna baxmayaraq azərbaycan türkü iran rejiminin ayrıseçkilik və qeyri-insani siyasətinə qarşı etirazlarını davamlı olaraq bildirməkdədir. Onlar milli kimlik və ana dilinin müdafiəsi, Urmu Göıününün qurudulması və milli-mədəni fəalların əsassız həbslərinə etirazlar, idman meydanlarında milli-demokratik haqların tələb edilməsi istiqamətində yaratdıqları möhtəşəmliklə Azərbaycan tarixinin qızıl səhifələrini yazmaqdadırlar. Millətimizin bütün kəsimləri öz milli varlığını savınmaq üçün ayağa qalxıb. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bütün imkanları ilə bu milli qalxışı dəstəkləyir və Milli Cəbhə Azərbaycan milli azadlıq hərəkatının istəklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərir.

İran İslam Cumhuriyyəti adlı fars rasist rejimi Azərbaycan milli azadlıq hərəkatı üzərinə basqılarını artırmasına baxmayaraq azərbaycan türk milləti öz gələcəyini bəlirləmək doğrultusunda başarılı addımlar atmaqdadır. Cəbhənin beynəlxalq qurumlar tərəfindən qəbul edilməsi bu istiqamətdə atılan addımlardan biridir. Bununla da Azərbaycan milli azadlıq hərəkatı stabil güc mövqeyinə yüksələrək sübut edir ki, iran adlanan ölkədə istənilən dəyişiklik Azərbaycan milli azadlıq hərəkatıyla hesablaşmadan həll edilə bilməz.

Belə bir həssas dönəmdə Güney azərbaycan Milli Azadlıq Cəbhəsinin II Qurultayı Cəbhənin Əsasnamə və Nizamnamədə qeyd olunmuş öhdəliklərini bir daha təsdiqləyərək, Azərbaycan milli azadlıq hərəkatının daha sistemli və yüksək səviyyədə fəaliyyəti üçün gələcək qurultayadək aşağıdakıları fəaliyyət istiqamətlərini tövsiyyə edir:
Təşkilatlanmanı genişləndirmək, Azərbaycan milli hərəkat fəallarının sıralarını

istər yaşayış və istərsə də iş və təhsil yerlərində mütəşəkkil etmək;
Müasir texniki imkanlardan faydalanaraq milli-mədəni fəaliyyətləri genişləndirmək, cəmiyyət daxilində milli məsələnin əhatəsini daha artıq genişləndirmək;
Dünya ictimaiyyətinin dəstəyini qazanmaq üçün yeni lobbiçilik qrupları yaradaraq onları fəallaşdırmaq;
Güney Azərbaycanda insan haqları və ətraf mühitlə bağlı məsələlərin gündəmə gətirilməsi məqsədilə bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq qurumların tribunalarından yararlanmaq üçün onlarla işbirliyi qurmaq;
Birgə tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycan milli hərəkatında təmsil olunan qurum və təşkilatlar, həmçinin qeyri-fars millətlərin qurum və təşkilatları ilə iş aparmaq.”



GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN ll QURULTAYI

Almanya, Köln şəhəri, 07.01.2012

Bu haber 303 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Diasporasından Xeberler

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasın...

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək Aksiyalar zamanı Tehranın anti-Azərbaycan siyasətinə etiraz olunacaq.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim