CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Eldar və Nigar 2011-ci ilin adamı mükafatına layiq görüldülər

Eldar və Nigar 2011-ci ilin adamı mükafatına layiq görüldülər

Tarih 16 Ocak 2012, 00:04 Editör Günay Eltürk

Qaliblər Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdığına görə bu mükafata layiq görülüblər

Milli qəhraman Çingiz Mustafayev fondu və ANS şirkətlər qrupu 2011-ci ilin adamını müəyyənləşdirib.

Beləliklə bu ada ötən il bütün Avropanı arxada qoyaraq vətənmizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiyinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdığına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimzin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Azərbaycana gətirilməsi ilə ölkəmizə marağın artmasına səbəb olduğuna və bununla da Azərbaycanın ümumi inkişafına samballı töhfə verdiyinə görə “Avroviziya-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal layiq görülüblər.

Mükafatın təqdimat vaxtı və yeri barədə təşkilat komitəsi əlavə məlumat verəcək.

Qalibləri təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Qeyd edək ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 2002 və 2003-cü illərdə mərhum prezident Heydər Əliyev, 2004-cü ildə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, 2005-ci ildə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, 2006-cı ildə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, 2007-ci ildə Prezident İlham Əliyev, 2008-ci ildə Azərbaycanın görkəmli rəssamı Tahir Salahov, 2009-cu ildə isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, 2010-cu ildə isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov "İlin adamı" adına layiq görülüb

Bu haber 291 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Medeniyyet

Sebine Babyeva`nın kazanma şansı yüksek

Sebine Babyeva`nın kazanma şansı yüksek Eurovision 2012 Azerbaycan temsilcisi Sebine Babyeva Baku Crystal Hall`da ikinci provasından sonra basın toplantısı...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 17-19-da Müasir İncəsənət...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim