CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Şimali Kiprdə matəm elan olunub

Şimali Kiprdə matəm elan olunub

Tarih 15 Ocak 2012, 13:27 Editör Günay Eltürk

Ölkə prezidenti Dərviş Əroğlu bazar ertəsindən etibarən matəm mərasimlərinin başlayacağını deyib

Şimali Kipr Türk Cümhuriyyətinin yaradıcısı və ilk prezidenti Rauf Denktaşın vəfatı ilə əlaqədar ölkənin Nazirlər Kabinetinin qərarı açıqlanıb. Ölkədə rəsmi olaraq matəm elan edilib. Rauf Denktaşın ölümü ilə bağlı kiprin yunan lideri də başsağlığı verib.

Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən prezident Dərviş Əroğlu bazar ertəsi günündən etibarən matəm mərasimlərinin başlayacağını deyib. Ölkədə bu gün yerli vaxtla saat 11-dən başlayaraq, cümə günü axşama qədər matəm elan olunub. Denktaş çərşənbə axşamı günü dəfn ediləcək. Amma onun dəfn ediləcəyi yer hələ məlum deyil. Bununla bağlı qərarı onun ailəsi verəcək.

Əsas matəm mərasimlərinin keçiriləcəyi çərşənbə axşamı günü Şimali Kiprdə qeyri-iş günü olacaq. Dəfn mərasiminə Türkiyədən çoxlu sayda insanın, o cümlədən siyasətçilərin və ictimai xadimlərin qatılacağı gözlənilir

Bu arada, Cənubi Kiprin lideri Dmitris Xristofyos da Şimali Kipr prezidenti Dərviş Əroğluna başsağlığı verib. BMT-dən də Denktaşın ölümü ilə bağlı başsağlığı gəlib.

Xatırladak ki, Şimali Kipr Türk Cümhuriyyətinin yaradıcısı və ilk prezidenti Rauf Denktaş yanvarın 13-də müalicə aldığı Yaxın Şərq Universitetinin xəstəxanasında vəfat edib. O, müalicə müəssisəsinə yanvarın 8-də yerləşdirilmişdi. Bundan əvvəl isə müxtəlif diaqnozlarla 8 ay müalicə olunmuşdu.

Ömrünün son anlarında yanında olan qızı Əndər Vangöl atasının son ana qədər şüurunu itirmədiyini və Şimali Kiprin müstəqil olduğunu dediyini bildirib. Həmçinin yunanlar və türklər arasında torpaq bölünməsi, müzakirələrlə bağlı narahatlığını bildirib. Yunanca bəzi ifadələr işlədən Denktaş son nəfəsində qızına “Kiprin yunan liderinə söyləyin ki, bura müstəqil bir dövlətdir” - dediyi və Cənubi Kipr lideri Dmitri Xristofyosun adını çəkdiyi bildirilir

anspress

Bu haber 325 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Türk Dünyasından Xeberler

Türkmənistan 5-ci dəfə Ginnesin rekordlar kitabına düşdü

Türkmənistan 5-ci dəfə Ginnesin rekordlar kitabına düşdü Aşqabadda nəhəng Şeytan çarxı istifadəyə verilib

Altın Şafak'tan Türk kökenli vekillere tavır

Altın Şafak'tan Türk kökenli vekillere tavır 6 Mayıs'taki seçimlerden güçlü çıkan Yunanistan'daki aşırı sağcı Altın Şafak Partisi üyeleri, Batı Trakyalı...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim