CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Küveytdəki diasporumuz yeni layihələr həyata keçirməyi planlaşdırır

Küveytdəki diasporumuz yeni layihələr həyata keçirməyi planlaşdırır

Tarih 12 Ocak 2012, 15:57 Editör Anar Memmedli

Könül Hacızadə: "Fransa parlamenti 'erməni soyqırım' ilə bağlı qəbul etdiyi qərarı geri götürməsə, etirazlarımızı daha da geniş şəkildə davam etdirəcəyik"

Küveytdə fəaliyyət göstərən “VətənSevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirib.

“VətənSevər”in sədri Könül Hacızadənin qəzetimizə bildirdiyinə görə, bayram mərasimində Küveytdə yaşayan azərbaycanlılar, türklər, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə tədbirdə Azərbaycan  Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciəti oxunub. Sonra Azərbaycan  səfiri  və Könül Hacızadə çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixi, bu günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidməti barədə məlumat veriblər.  Tədbir zamanı həmçinin “VətənSevər”in yeni yaradılmış www.vetensever-kuwait.com saytının təqdimatı olub. K.Hacızadə dedi ki, bu sayt vasitəsilə, Ermənistanın Azərbaycana təcavüzü , xalqımızın mədəniyyəti, mətbəxi, adət-ənənələriKüveyt ictimaiyyətinə yaxında çatdıracaqlar: “Düşünürəm ki, sayt gələcəkdə Küveytdə ölkəmiz haqqında informasiya bazası rolunu oynaya bilər”.

 Diaspor rəhbəri “VətənSevər”in bir il fəaliyyət göstərməsinə baxmayaraq, Küveytdə ölkəmizin tanınması istiqamətində xeyli işlər gördüyünü və qarşıda cəmiyyət tərəfindən bir neçə layihələri həyata keçirməyi planlaşdırıldığını qeyd etdi: “Biz diaspor  nümayəndələri daha da fəal olmalıyıq”.

Tədbirin rəsmi hissəsindən sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2012-ci ilin gəlişi münasibətilə ziyafət verilib.

Yeri gəlmişkən, “VətənSevər” də Fransa parlamentinin “erməni soyqırımı” ilə bağlı çıxardığı qərara  öz etirazını bildirib. K.Hacızadənin sözlərinə görə, Fransa parlamentinin bu qərarı bütün diaspor təşkilatlarımızın vahid mövqedən çıxış etməsini şərtləndirir: “Bununla əlaqədar olaraq bu yaxınlarda cəmiyyətimizin üzvləri başda olmaqla, Türkiyə türkləri və Küveyt vətəndaşlarının imzası ilə Fransa parlamentinin qərarına qarşı yazılı bir imza toplayaraq öz etirazımızı bəyan etmişik”.

Cəmiyyət sədri onu da əlavə etdi ki, Fransa parlamenti bu qərarı geri götürməsə, etirazlarını daha da geniş şəkildə davam etdirəcəklər: “İmza toplama kampaniyamızın əsas məqsədi odur ki, Fransa parlamenti Ermənistanın Qarabağ və Xocalıda törətdiyi soyqırıma diqqət ayırmaqdansa, orada yaşanan insanlıq faciəsinə göz yumur. Olmayan tarixi hadisəni qanunlaşdırıb, insan hüquqlarını kobud şəkildə pozmaqla məşğuldur”.

K.Hacızadə Fransa hökuməti və parlamenti bu gülünc qərarını geri götürməsə, dünyadakı Azərbaycan diasporunun da kəskin bir şəkildə hücuma keçəcəyinə inandığını vurğuladı.

FUAD
http://www.paritet.az/diaspor/4599.html

Bu haber 287 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Diasporasından Xeberler

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasın...

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək Aksiyalar zamanı Tehranın anti-Azərbaycan siyasətinə etiraz olunacaq.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim