CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Ermənilər daha bir eşqə düşüb

Ermənilər daha bir eşqə düşüb

Tarih 12 Ocak 2012, 07:15 Editör Günay Eltürk

Onlar rusiyalı deputatlara fransalı həmkarlarından nümunə götürməyi məsləhət görür

Soçi şəhərinin erməni diasporası Rusiya qanunvericilərini fransalı həmkarlarından “nümunə” götürməyi məsləhət görüb. ANS PRESS-in aze.az-a istinadən verdiyi məlumata görə, belə bir təşəbbüslə və Rusiya Dövlət Dumasının deputatlara təkliflə bu günlərdə Rusiyanın kurort şəhərində yaranmış erməni təşkilatı edib.

Rusiyada nəşr olunan “Erkramas” qəzeti məlumat verib ki, dünən “Soçi ermənilərinin şurası”nda keçirilən iclasda bununla bağlı imzatoplama kampaniyasına başlaması qərara alınıb.

Belə ki, Rusiya Dövlət Dumasına göndərilən müraciətdə erməni diaspor təşkilatı Fransa parlamentində qəbul edilən qondarma “erməni soyqırımı” iddiasını inkar edənlərin cinayət məsuliyyəti daşıması haqqında qanunun eynisinin Dumada qəbul edilməsini istəyiblər.

Soçi şəhər Şurasının deputatlarına göndərilən müraciətdə isə ermənilər sonuncuları “erməni soyqırımı” məsələsini şəhər şurasında müzakirəyə çıxarmağa və 24 aprel tarixini “erməni soyqırım qurbanları günü” kimi qeyd etməyə çağırıblar.

Ermənilərin belə eşqə düşməsi onların məkrli planlarından xəbər verir. Fransa parlamentinin aşağı palatasının bəlli qanun layihəsini qəbul etməsindən ilhamlanan ermənilər indi Rusiya qanunvericilik orqanını öz çirkin oyunlarına qatmaq istəyir. Lakin Rusiyanın bu təxribata gedəcəyi inandırıcı görünmür. Hər halda rusiyalı deputatlar ölkələrinin geosiyasi maraqlarını nəzərə alaraq, Moskvanın Türkiyə və Azərbaycanla münasibətlərinə xələl gətirə biləcək addım atmayacaq

Bu haber 518 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Rusya xeberleri

Moskvada azərbaycanlı biznesmen öldürülüb

Moskvada azərbaycanlı biznesmen öldürülüb 53 yaşlı İlqar Cəbrayılov spirtli içki məhsullarının satışı ilə məşğul olurmuş

GİZLİ MOSKVA-İRƏVAN PLANLARININ ÜSTÜ AÇILDI

GİZLİ MOSKVA-İRƏVAN PLANLARININ ÜSTÜ AÇILDI Lavrovun səfərinin şok pərdəarxası İsrail kəşfiyyatının məlumatına görə, Rusiya...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim