CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Qarabağlı jurnalistlər Ermənistanı məhkəməyə verir

Qarabağlı jurnalistlər Ermənistanı məhkəməyə verir

Tarih 11 Ocak 2012, 15:09 Editör Günay Eltürk

Onlar mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarının zorakılıqla pozulduğunu, maddi və mənəvi zərbəyə məruz qaldıqlarını bildirilər

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini Avropa İnsan Hüquqları Məhkəməsinə verir. Jurnalistlər Xalid Kazımlı, Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı, Samir Kazımlı Ermənistan dövlətinin Qarabağ rayonlarını işğal etməsi nəticəsində onların mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarını zorakılıqla pozduğunu, maddi və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərirlər.

Məhkəməyə rəsmi şikayətdə jurnalistlər Ermənistanın onların hüquqlarını pozduğunun, işğalçılıq etməsinin təsdiqlənməsini xahiş edəcəklər. Eyni zamanda Ermənistanın buna görə təzminat ödəməsi istəniləcək.

İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) və digər maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını qeyd edəcəklər.

Jurnalistlərin şikayəti üçün sənədləşmə işini Media Hüquqları İnstitutunun rəhbəri, tanınmış hüquqşünas Rəşid Hacılı öhdəsinə götürüb

anspress

Bu haber 352 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Qarabağ'la bağlı Xeberler

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər Baş nazirin müavini Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ...

Laçında itirdiklərimiz.

Laçında itirdiklərimiz. Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sah...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim