![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Ac ermənilərin komitə sədri 4 mln dollarlıq iqamətgah tikdirir
Qaqik Xaçatryan dəbdəbəli iqamətgahla yanaşı, tennis kortu, uşaq meydançası və futbol sahəsi də tikdirir Ermənistanın dövlət mədaxil komitəsinin rəhbəri Qaqik Xaçatryan komfortlu həyatı çox sevir. ANS PRESS-in Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, Saxkadzor kurort şəhərinin sakinləri komitə rəhbərinin dəyəri 3,5-4 milyon dollar olan iqamətgah tikdiyini bildiriblər.
Qəzetin məlumatına görə, Qaqik Xaçatryan dəbdəbəli iqamətgahla yanaşı, tennis kortu, uşaq meydançası və futbol sahəsi də tikdirir. Bundan başqa, həmin ərazidə haqqında əfsanələr danışılan hovuz da inşa edilir. "Aykakan Jamanak" qeyd edir ki, hələlik Q. Xaçatryan məsələ ilə bağlı hər hansı bir şərh verməkdən imtina edir. Qəzet bununla bağlı artıq bir aydır ki, komitə sədrinə yazılı məktub ünvanlayıb. Bundan başqa, "Aykakan Jamanak" uzun müddətdir ki, Q. Xaçatryandan Çindən idxan edilən malların onun ailəsinin monopoliyasına məxsus olub-olmaması ilə bağlı suala cavab gözləyir. Ümumiyyətlə, Ermənistanda hakimiyyətdə olan şəxslərin bu cür və bundan da bahalı iqamətgahları var. Amma xaçtryandan fərqli olaraq onlar çoxmilyonluq villalarını Çataryandan fəqi olaraq, uzaq ölkələrdə tikirlər. Belə daha etibarlıdır, əsas odur ki, yoxsul erməni xalqı narahat etməyəcək. Axı orada iqtisadi vəziyyət heç də yaxşı deyil, və iqamətgahın tikilməsi həqiqətən də yersizdir anspress Bu haber 484 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||