CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Ayhan Dəmirçi: Qafqazda etnik münaqişələrin qızışmasında Ermənistan birbaşa rol oynayır

Ayhan Dəmirçi: Qafqazda etnik münaqişələrin qızışmasında Ermənistan birbaşa rol oynayır

Tarih 09 Ocak 2012, 07:55 Editör Anar Memmedli

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmalı və bölgədə sülh yaratma missiyasında Ermənistana təzyiqlərini gücləndirməlidir.

Bu sözləri Gün.Az-a Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Cənubi Qafqaz bölgəsində etnik münaqişələrin mövcudluğu bölgə üçün təhlükə yaratması ilə bağlı fikri şərh edərkən bildirib.

“Cənubi Qafqaz bölgəsində entik münaqişələrin həll edilməməsi və ya illərlə uzanması Avropa İttifaqının Cənubi Qafqaz siyasətini ciddi təhlükə altına alır. Bu gün etnik münaqişələr mövcud olmasaydı, bölgədə tamam başqa prosesi müşahidə edə bilərdik.

Təəssüf ki, bəzi Avropa dövlətləri hələ də görə bilmirlər ki, Cənubi Qafqaz bölgəsində etnik münaqişələrin qızışmasında və alovlanmasında Ermənistan birbaşa rol oynayır”, - deyə, A.Dəmirçi qeyd etdi.

A.Dəmirçi onu da əlavə etdi ki, zamanla Ermənistanın Avropa İttifaqı üçün ciddi təhlükə yaradan bir dövlət olduğu ortaya çıxacaq: “Yüz ildən çoxdur ki, erməni xalqı Cənubi Qafqaz bölgəsi üçün problemlər yaradan və monoetnik dövlət qurmağa can atan bir toplum olaraq tarixə imzalarını atıblar. Ortada olan nəticə odur ki, erməni xalqının fikir və düşüncəsinin dəyişməsi üçün zaman lazımdır. Əks halda bu ideologiya erməni xalqını uçuruma aparacaq”, - deyə, A.Dəmirçi bildirdi.

Elnur Eltürk
Gün.Az

URL: http://www.gun.az/politics/25379

Bu haber 326 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Müsahibe

İrana heç bir hərbi müdaxilə olmasa belə...

İrana heç bir hərbi müdaxilə olmasa belə... Ilham İsmayılov: "Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəc...

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil>

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil> Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin D...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim