CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Diktator və qulluqçuları

Diktator və qulluqçuları

Tarih 08 Ocak 2012, 22:46 Editör Anar Memmedli

Yəqin bir çoxlarını bu sual düşündürür: "Niyə İran xalqı onlara zülm edən diktator rejimə qarşı kütləvi şəkildə etiraz etmir və quruluşu dəyişdirməyə can atmır?"

Diktator və qulluqçuları

Yəqin bir çoxlarını bu sual düşündürür: “Niyə İran xalqı onlara zülm edən diktator rejimə qarşı kütləvi şəkildə etiraz etmir və quruluşu dəyişdirməyə can atmır?” İranda ölkə əhalisinin məruz qaldığı hüquq pozuntuları, anti-demokratik şəraiti nəzərə alanda ilk növbədə məhz bu sual qarşıya çıxır. Çünki uğursuz dövlətçilik modelindən əziyyət çəkən xalqın bir hissəsi digər tərəfdən də rejimi və onu ayaqda saxlamağa çalışan diktatorları dəstəkləyir. Odur ki, təbii olaraq yaranan “niyə?” sualına nida və ya nöqtə qoymaq istəyənlər tərəddüdlə üzləşirlər. Əksər hallarda isə cavabsız qalan sual cümləsi yeni bir vergüllə hakimiyyətinə davam edir. Sualın axtarışda olan cavabını tapmaq üçün məsələnin kökünə və mahiyyətinə varmaqla həll etmək mümkündür. Elə ilk cəhddə qarşınıza bu səbəblər çıxır: dövlət iqtisadiyyatı və xalqın böyük əksəriyyətinin bu iqtisadiyyatdan asılı olması, dövlət qulluqçularının ölkənin digər sosial təbəqələrindən fərqli olaraq yüksək sosial təminata malik olması,  narazı kütlənin susqunluğunu doğuran qorxu və psixoloji ümidsizlik.  Bu səbəblərdən birinə əsaslanan amillə suala cavab axtarışına yeni bir cığırla davam edək.
Despotik rəhbər və tərəfdarları 
(Rejimin laxlayan sütunları və yalın ayağı)

Dünyanın bir çox avtoritar ölkələrində olduğu kimi, İranda da despotik ali dini lider Xamneyi öz loyal tərəfdarlarını daim mükafatlandırmaqla öz hökumətini təsbit etməyə və bu vasitəyə söykənərək hələ də rejimi ayaqda saxlamağa çalışır. Dövlətin lütfkarlığını dadan tərəfdarları təhlükəsizlik orqanlarının əməkdaşları, hərbi və siyasi qüvvələr, dövlət qulluqçuları, şəhid ailələri və onların yaxın qohumları təşkil edir. Rejimin göstərdiyi hər cür dəstək sayəsində tərəfdarlar ölkənin bütün iqtisadi və güc strukturlarını ələ keçirib, bir çox imtiyazlara sahib olublar. Odur ki, ölkə vətəndaşlarına ictimai-siyasi və sosial münasibət eyni deyil. Şəxsdən şəxsə dəyişir. Mükafatlandırmada pay bölgüsü də irili-xırdalı olur. Məsələn, təhlükəsizlik orqanlarının əməkdaşları, inqilab mühafizləri və despotik rəhbərə yaxın olan təşkilatların, eləcə də şəxslərin tikəsi daha böyük olur. 

Ədalətsiz tərəzinin pay bölgüsü 
(Mizanı pozan qorxaqlıq və yaltaqlıq oxları)

Dövlətin bu cür mükafatlandırmaları nəticəsində ölkədə qorxaqlıq, yaltaqlıq və rejimin diktatorlarına qarşı məddahlıq kök salıb. Bu isə cəmiyyətin nataraz və geriyə addımlayan “inkişaf”ına səbəb olur. Son olaraq hakimiyyətdə daha çox şəxsi maraqlar qorunulur və beytülmaldan artıq qənimət əldə edilir. Qeyd etmək lazımdır ki, despotik rəhbərlər və avtoritar hakimiyyətlər həmişə tənqidi təfəkkürü və onlara müxalif şəxsləri özlərinə qarşı təhlükə hesab edirlər. Odur ki, mükafatlandıraraq bəslədikləri tərəfdarlarından zorakılıqla, hərbi gücə dayanaraq bütün müxalif qüvvələri əzmək və məhv etməyə çalışırlar. 

Dövlət iqtisadiyyatı və asılılıq 
(Neftin qara və qoxumuş kəndiri)   

Bir çox neftlə zəngin olan ölkələrdə olduğu kimi, İranda da əsas gəlir neft hesabına əldə edilir. İran büdcəsinin də 90 faizdən çoxunu neft gəlirləri təşkil edir. Bu səbəbdən də xalqın əksəriyyətinin dolanışığı bilavasitə və dolayısı ilə neft gəlirindən asılıdır. Belə bir iqtisadi asılılıq nəticəsində xalqn böyük əksəriyyəti rejimə etiraz aksiyalarına qoşulmur,  siyasi və sosial ədalətsizliyə susmağa məcbur qalır. Yekun olaraq yaranan belə bir asılılıq rejimin davamlılığına xidmət edir. Bu səbəbdən də İranda özünü yer üzündə bütün müsəlmanların lideri və Allahın nümayəndəsi kimi təqdim edən, hakimiyyətdən getmək niyyəti olmayan 75-80 yaşlı molla 22 ildən çoxdur xalqa hökm edir. İqtisadi asılılıqdan çox məharətlə istifadə edən və neft ehtiyatlarına arxalanan avtoritar rejim ölkədə keçirilən etiraz aksiyalarını zorakılıqla yatırdır, beynəlxalq təzyiqlər nəticəsiz qalır. Çünki etibarlı gəlir mənbələri var və davamlı olaraq özünü müxaliflərdən güclü səviyyədə qoruya bilir. Bunun ən parlaq nümunəsini Güney Azərbaycanda 2006-cı il 22 may hadisələrində, 2009-cu il prezident seçkilərində və Təbrizdə Urmiya gölünə dəstək məqsədilə keçirilən aksiyalarda görmək olar. 

Qorxu və psixoloji ümidsizlik 
(Zülmət səhər, qaranlıq gündüz, nöqtəsiz gecə)  

İran rejimi hakimiyyətə gəldiyi ilk gündən cəmiyyətin sosial və siyasi azadlığını məhv etməyə çalışıb. Tədricən məqsədinə nail olaraq bütün müxalifləri sistemli şəkildə məhv etməyə müvəffəq olub.  Xalqın özəl və sosial həyatına kobud şəkildə müdaxilə edən rejim qoyduğu qanunlara əməl etməyən vətəndaşları çox ağır şəkildə cəzalandırmaqla xalqın gözünü qorxudub. Mütəmadi olaraq edam, işgəncə, haqsızlıq, təzyiqlə üzləşən əhalidə psixoloji olaraq hakimiyyətdən qorxu təfəkkürü formalaşıb. Bu da xalqın kütləvi şəkildə rejimə qarşı susqunluğuna və itaətinə səbəb olur. Digər tərəfdən beynəlxalq aləmin təzyiqlərinin də İrana təsirsiz qalması xalqın ümidsizliyinə səbəb olur. 

Səbəblərdən doğan sonluq
(Səhərə boylanan sönmüş gecə)

Bütün avtoritar ölkələrdə olduğu kimi, İranda da hakimiyyət davamlı gəlir əldə etmək məcburiyyətindədir. Əks halda tərəfdarları narazı qalıb müxaliflərin cərgəsinə qoşula bilərlər. Bunun nümunəsini Misirdə, Tunisdə və Liviyada görmək olar. Ölkələrdə yoxsulluq və işsizlik artdı, əhalinin sosial vəziyyəti ağırlaşdı. Sonda tərəfdarlarını təmin edə bilməyən hakimiyyət xalq üsyanını yatırtmağı bacarmadı. İran rejimində də eyni sistemdir. Bu dövlətə qarşı tətbiq edilən sanksiyalar nəticəsində İranın sosial vəziyyəti gündən-günə ağırlaşır. Sanksiyalar nəticəsində İranda istehsal edilən bir çox məhsulların idxalı qadağan edilib. Ölkədə son iki ildə 5 mindən çox iş yeri bağlanıb, enerjinin qiyməti 10-15 dəfə artıb, narkomaniya, cinayətkarlıq baş alıb gedir. İdarələrdə rüşvət adi hala çevrilib. Hər gün rejim ölkənin vəziyyəti ilə bağlı yanlış göstəricilər açıqlamaqla xalqı aldatmağa çalışır. Hazırda İranın əlində yalnız neft “silah”ı qalıb. Yalnız neftin hesabına ayaqda qalmağa çalışır. Belə bir halda İran neftinə sanksiya rejimin sonunu daha da yaxınlaşdıracaq. Odur ki, neftə sanksiya məsələsi dövlət qurumlarını ciddi təşvişə salıb. Çünki sonluğun nə ilə bitəcəyini ehtimal etmək çətin deyil. Uçuruma yuvarlanan İran avtoritar quruluşunun son çalarları görünür. Nəticədə bu rejim dünya ictimaiyyətinin və İran xalqının demokratik istəklərinin və üsyanın qarşısında tamamilə çökəcəyi gün çox da uzaqda deyil. Bunu tarixin gedişatı da xeyir-dua verir. İndiyədək mövcud olmuş bütün avtoritar rejimlərin sonu olub.  Əgər İran diktatoru və onun qulluqçuları bunu nəzərə almayıb başladıqları yolu eyni cığırla davam etdirsələr, əminliklə demək olar ki, onları da Mübarəkin, Qəddafinin taleyi və aqibəti gözləyir. 

Bu haber 345 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Meqaleler

1 Xurdat Qıyamı-Direnişi nedir?

1 Xurdat Qıyamı-Direnişi nedir? 1 Xurdat Qıyamı, Üsyanı bu nedenle tarihimizin en önemli hadiselerinden birisi olarak değerlendirilmelidir.

ULUSLARARASI GÜNEY AZƏRBAYCAN KONSEYİ QURULDU - Gülara YENİSEY

ULUSLARARASI GÜNEY AZƏRBAYCAN KONSEYİ QURULDU  - Gülara YENİSEY 12 May 2012-ci il tarixində Türkiyənin başkəndi Ankara şəhərində Uluslararası Güney A...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim