CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Saakaşvili Borçalıya səfər edib

Saakaşvili Borçalıya səfər edib

Tarih 06 Ocak 2012, 08:57 Editör Günay Eltürk

Gürcüstanda ikinci dərəcəli millət yoxdur, biz hamımız birlikdə gözəl həyat yaradacağıq

Gürcüstan prezidenti Mixail Saakaşvili Marneuli şəhərində yeni inşa olunan tibb mərkəzinin, ticarət mərkəzinin və rayon polis idarəsinin yeni binasının açılışında iştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident Marneuli sakinləri qarşısında çıxış edərək bildirib ki, Gürcüstan hökuməti öz vaxtını boş yerə sərf etməyib, ölkədə quruculuq işlərini bir gün belə dayandırmayıb: “Gürcüstanda ikinci dərəcəli millət və ikinci dərəcəli ərazi yoxdur. Fərqi yoxdur, istər xristian olsun, istərsə də müsəlman. Biz vətənimizi birlikdə qoruyuruq. Ölkəmizin müəyyən çətinlikləri var, lakin məktəblərimiz, yollarımız, xəstəxanalarımız ən yüksək səviyyədə olmalıdır. Biz çox vaxt itirmişik, dostlar! Kim nə deyirsə desin, biz köhnə həyat tərzinə qayıtmayacağıq, çünki keçmiş həyat tərzində yaxşı heç nə yox idi. Dilənçilik, rüşvətxorluq baş alıb getmişdi. İnsanlara yuxarıdan aşağı baxırdılar. İndi biz yeni həyat tərzi yaradırıq. Əvvəllər yeni istifadəyə verilən xəstəxanalarda və tibb mərkəzlərində milyonçular müalicə oluna bilərdi. Biz milyonçu və milyarder deyilik. Amma bizim şəxsiyyətimiz, qeyrətimiz var. Bizə firavan həyat lazımdır və biz hamımız birlikdə gözəl həyat yaradacağıq”.

Dövlət başçısı Marneuli sakinlərinə tədbirə gəldikləri üçün minnətdarlığını bildirib: “Çox sağ olun ki, məni dəstəkləyirsiniz. Biz millətimizə xidmət edirik. Hər gün ölkəmizin adı yüksəlir, çünki hakimiyyət xalqla birlikdədir və bizdə artıq korrupsiya yox dərəcəsindədir. Heç kim bizi geri qaytara bilməyəcək. Gürcüstan cəmiyyəti at deyil ki, onu yüyənindən dartıb istiqamətini dəyişə biləsən”.

Marneulidəki tədbir başa çatdıqdan sonra Gürcüstan prezidenti Bolnisidə yeni xəstəxana binasının açılışını da edib

Bu haber 556 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Gürcistan Xeberleri

Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə Tiflisdə konsert təşkil edib

Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə Tiflisdə konsert təşkil edib Qruzinform agentliyinin rəhbərliyi tədbir təşkilatçılarının cəzalandırılmasını təl&#...

Gürcistan Parlamentosu`nda Yumruklu 'Soykırım' Kavgası

Gürcistan Parlamentosu`nda Yumruklu 'Soykırım' Kavgası Gürcistan Parlamentosu'nun 1915 olaylarıyla ilgili Ermeni iddialarının müzakeresini teklif eden milletvekili Dj...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim