CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Borçalı sakini Gürcüstanda İlin rekordçusu elan edilib

Borçalı sakini Gürcüstanda İlin rekordçusu elan edilib

Tarih 02 Ocak 2012, 12:06 Editör Günay Eltürk

Borçalı sakini Etibar Budaqlı-Elçiyev Gürcüstanda “İlin rekordçusu” elan edilib

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ginnesin rekordlar kitabına düşmək istəyən Etibar Budaqlı-Elçiyev bu gün özünün qeyri-adi bacarığı ilə Marneulidə yenidən rekordunu təzələyib. O, sinəsi üstündə əl vurmadan saxladığı 14 kq-lıq avtomobil kapotunun üstündə oturan 78 kq çəkidə olan idmançını 3, 01 dəqiqə saxlayıb. Sonra münsiflər heyəti bu rekordu təsdiqləyib. Qeyd edək ki, Etibar Budaqlı-Elçiyev dekabrın 14-də Tiflisdəki “Rekord” idman klubunda bədəninə 50 qaşıq düzüb və 106 kq yükü əl vurmadan 26 saniyə saxlayıb. Bu gün isə o, bu rəqəmi daha da artıraraq 3, 01 dəqiqə edib. Bu gün Marneuli Gənclər Mərkəzinin idman salonunda Etubar Budaqlı-Elçiyevin kiçik yaşlı qohumları olan Əmrah Namazov (11 yaş), Elşad Namazov (6 yaş), Rusat Hümbətov (9 yaş) da bədənlərində qaşıq və ütü düzərək saxlayıblar. Mütəxəssislərin bildirdiyinə görə, onların da bədənində maqnit qüvvəsi var.
Tədbirdə Etibar Budaqlı-Elçiyevə “İlin rekordçusu” medalı və hədiyyə təqdim edilib. İdmançıya Marneuli Rayon İcra Hakimiyyəti tərəfindən ayrılan 500 larini icra başçısı müavini Heydər Musayev təqdim edib. Tədbirdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov çıxış edərək E. Budaqlını qazandığı yüksək nailiyyətlər üçün təbrik edib. İkinci rekord mərasimində Gürcüstan və Azərbaycan jurnalistləri, ziyalılar, idmançılar, qonaqlar iştirak ediblər.



Tiflis Texniki Universitetinin “Rekord” idman klubunun prezidenti Şalva Keldişvili jurnalistlərə açıqlamasında Etibar güclü enerjiyə malik olduğunu bildirib: “. O, bu gün yenidən ikinci rekordu qazandı. Bu onun ikinci cəhdidir. O, dayanmaq istəmir. Etibarın məqsədi yalnız qələbələr və Ginnesin kitabına düşməkdir. İnanıram ki, o, buna layiq olacaq və məqsədinə çatacaq. Bu gün biz onu “İlin rekordçusu” elan etdik. Hədiyyələr verdik. O, 7 780 saytda nümayiş olunub. Onun nümayiş etdirdiyi rekord qələbə şəklinə 17 363 788 dəfə baxılıb. Demək istəyirəm ki, Etibarın şəkilinə məşhur gürcü milyonçusu Bidzina İvanişvilinin şəkilindən çox baxıblar. Bu gün axşamdan başlayaraq bütün dünya onun ikinci rekordundan da xəbər tutacaqlar.”
Etibar Budaqlı-Elçiyev APA-ya gələn il rekonstruksiya edilmiş 150 kq dəmiri bədənində saxlayacağını bildirib. E.Budaqlı Londona Ginnesin kitabına düşmək üçün göndərilən sənədlərdən iki həftə keçməsinə baxmayaraq cavab gəlmədiyindən də narahat olduğunu bildirib.
Tiflis kardioloji klinikasının bioloji terapevt həkimi Qiya Sulakverilidze APA-ya açıqlamasında Etbar Budaqlı-Elçiyevin bədənində qeyri-adi həkimlik bacarığı olduğunu bildirib. “Əlbəttə, onun bədənində təbii maqnit var. Amma biz gələn il yanvarın 14-dən sonra onunla müqavilə bağlayıb bədənini tam müayinə edəcəyik. Etibar buna razıdır. Mən indidən onun bədənində bioloji güc görürəm. Ginnesin özünün parametrləri olduğu kimi, biz də onun bioloji qüvvəsini təsdiqləmək üçün səhiyyənin tələbləri üzrə hərəkət edəcəyik.”
Qeyd edək ki, tədbir Türkiyənin Gürcüstanda Ramal Musayevin rəhbərliyi ilə fəaliyyət göstərən “Mystical parfum” şirkətinin dəstəyi ilə baş tutub və Marneuli Gənclər Mərkəzində şirkət əməkdaşları Samir Mursaqulov, Ruslan Şamilov və Cavid Qurbanov idmançılara şirkətin hədiyyələrini təqdim ediblər

Bu haber 533 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Gürcistan Xeberleri

Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə Tiflisdə konsert təşkil edib

Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə Tiflisdə konsert təşkil edib Qruzinform agentliyinin rəhbərliyi tədbir təşkilatçılarının cəzalandırılmasını təl&#...

Gürcistan Parlamentosu`nda Yumruklu 'Soykırım' Kavgası

Gürcistan Parlamentosu`nda Yumruklu 'Soykırım' Kavgası Gürcistan Parlamentosu'nun 1915 olaylarıyla ilgili Ermeni iddialarının müzakeresini teklif eden milletvekili Dj...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim