![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
İran radardan yayınan raketi sınağdan keçirib
İran yeni ilin ilk günündə strateji Hörmüz Boğazı yaxınlığında yer-hava tipli raketi sınaqdan keçirdiyini xəbər verir. Dövlət mediası raketin radarlardana yayaınmaq imkanına malik olan texnologiya ilə təchiz olunduğunu bildirir. Bu sınaq İranın on günlük hərbi donanma təlimlərinin tərkib hissəsidir. İran televiziyası həmçinin İslam Respublikasının atom elektrik stansiyasında istifadə olunmaq üçün yanacaq naqilləri istehsal etdiyini və uğurla sınaqdan keçirdiyini xəbər verir. Təbii uran maddəsinə malik naqillər İranda istehsal olunub və onlar Tehrandakı nüvə reaktorunun özəyinə yerləşdiriləcək. Tehran Times qəzeti yanacaq naqillərinin istehsalını "böyük nailiyyət" adlandıraraq bunun "Qərbi çaş-baş salacağını" yazıb. Şənbə günü İran Qərb dövlətlərinə özünün mübahisəli nüvə proqramı ətrafında danışılqar aparmağı təklif etmişdi və bu üzdən raket sınağını bir gün yubatmışdı. İranın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Səid Cəlili BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniyanı (P5+1 Qrupu) danışıqlar masasına dəvət edib. P5+1 sonuncu dəfə ötən ilin yanvarında İranda bir araya gəlmişdilər, amma həmin danışıqlar nəticə verməmişdi. Həmin vaxt Cəlili israr etmişdi ki, İranın nüvə texnologiyası inişaf etdirməyə, o cümlədən uran zənginləşdirməyə haqqı var. http://www.voanews.com/azerbaijani/news/ran-raket-sna-kecirib-136500023.html Bu haber 308 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||